Nəsiminin qəbirüstü barelyefi Ədəbiyyat Muzeyinə hədiyyə olunub

 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkiri,şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib.

 

"Report" xəbər verirki, Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulan barelyef bu ekspozisiyaya daxil edilib.

Muzeyin direktoru Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.

Q.Məhərrəmli 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini və şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyini xatırladıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300