Sergey Lavrov Azərbaycana gəlir
Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Azərbaycana səfər edəcək.
Uluyol.az APA-ya istinadən xəbər verir ki, Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, səfər zamanı S. Lavrov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.