İrandan azərbaycanlı qıza 7 il həbs və 74 şallaq cəzası

 

 

Ali Məhkəmə, birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Uluyol.az  GünAz TV-yə istinadən xəbər verir ki, İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb.

 

Bu barədə Pərisa Rəfiinin anası Twitter səhifəsində məlumat paylaşıb.

 

Bildirilir ki, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən (Əşədd-i mücazat) azərbaycanlı gənc qız barəsində verilən həbs cəzasının 5 ili icra olunacaq.

 

Pərisa Rəfii bundan əvvəl birinci instansiya məhkəməsində 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Bundan əlavə, məhkəmə öyrəncinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum edib.

 

Fəalın vəkili Səid Xəlili sentyabrın 25-də İnstaqram səhifəsində öyrəncinin məhkəmə işi barədə yazmışdır ki, birinci instansiya məhkəməsinin hökmü bütün iradlara baxmayaraq Apellyasiya Məhkəməsində təsdiqlənib.

 

22 yaşlı öyrənci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində "ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, "sistemin əleyhinə təbliğat aparmaq” və "ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamlarla üzləşib. O qeyd edilən ittihamlara görə toplam olaraq 7 il həbs cəzasına məhkum edilmişdir.

 

Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır. O 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Azərbaycanlı qız saxlandığı müddətdə "bakirəlik testi” və edam edilmə ilə təhdid edilib, ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

 

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyətlərlə məşğul olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300