Ağdaşda qadın əməliyyatdan sonra ölüb
Ağdaşda qadın əməliyyatdan sonra ölüb.
APA-nın məlumatına görə, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o? dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.