Beş müxalif partiya sədri görüşdü: yeni birlik, yoxsa...

 

Noyabrın 11-də AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev, AMİP-in sədr əvəzi Arzuxan Alizadə və AĞ Partiya sədri Tural Abbaslı VHP qərargahında partiyanın sədri Sabir Rüstəmxanlı ilə görüşüb.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və əməkdaşlıq məsələləri müzakirə edilib.

AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a bildirdi ki, bunu yeni birlik və ya paralel birlik kimi dəyəndirmək doğru deyil. Onun sözlərinə görə, ilk dəfə deyil ki, VHP qərargahında görüş keçirilir və müzakirələr aparılır:"Bir neçə ay qabaq ”köklü islahatlarla dəyişikliyə doğru" platformasında görüş keçirilmişdi. Orada Sabir bəy də iştirak etmişdi.

Növbəti görüş bu formatın davamıydı. Həmin prosesin nəticəsi olaraq sənədin imzalanması istiqamətində iş gedirdi. Bu barədə də görüşdə söhbətimiz oldu. Amma bunu müxalifətin yeni birliyi kimi qələmə vermək, digər birliklərlə qarşılaşdırmaq düzgün deyil".

 

Pənah Hüseyn: "Bunu müxalifətin yeni birliyi kimi qələmə vermək, digər birliklərlə qarşılaşdırmaq düzgün deyil”

O, davamlı təmasların olacağını istisna etmədi:"Subyektiv fikrimdir ki, demokratik qüvvələrin və siyasi müxalifətin birgə əməkdaşlığına prioritet vəzifə kimi baxılır. Eyni zamanda funksional əməkdaşlıq da razılaşdırıla bilər. Bu platformada Aydınlar Partiyası, AXDP, BAXCP, BQP, MDP də iştirak edir. Yenə qeyd edirəm ki, bunu yeni birlik kimi təqdim etmək, digər birliklərə qarşı qoymaq doğru olmazdı”.

Görüş iştirakçısı Tural Abbaslı isə bildirdi ki, 5 partiya sədrinin belə formatda toplanması yeni təşəbbüs deyil.

Onun sözlərinə görə, bir müddət əvvəl "Köklü islahatlarla dəyişikliyə doğru” dəyirmi masası təşkil edilmişdi və həmin tədbirdə bir çox partiyalar iştirak etmişdilər:"Həmin toplantıda ölkənin islahatlarla demokratik dövlətə çevrilməsi müzakirə olunmuşdu və ortaya sənəd qoyulmuşdu. Bu görüş həmin formatın davamıdır. Gələcəkdə əməkdaşlıq məsələləri, ”köklü islahatlarla dəyişikliyə doğru" sənədin rəsmiləşdirilməsi müzakirə edildi. Digər partiyalarla da görüşlərimiz gözlənilir".

 

Tural Abbaslı: "Əgər müxalif partiyaların fikirləri üst-üstə düşərsə...”

T.Abbaslı hesab edir ki, müxalifətin bu formatda yeni birliyi istisna deyil: "Hazırda məsləhətləşmələr aparılır. Niyə də olmasın?

Əgər müxalif partiyaların fikirləri üst-üstə düşərsə, seçkidə və yaxud siyasi addımlar atılmasında bir Məşvərət Şurası yarana bilər.

Bunu indidən demək çətindir. Lakin ehtimal var və bizim partiya da birgə hərəkət etməkdə, əməkdaşlıqda maraqlıdır".

Emil SALAMOĞLU,

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300