Tbilisidə keçirilən aksiyada 11 nəfər saxlanılıb -Foto

 

Tbilisidə radikal millətçi "Gürcü Marşı” qrupunun və din xadimlərinin "Amirani” kinoteatrının qarşısında keçirdiyi etiraz aksiyasında 11 nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, kinoteatr qarşısında fiziki qarşıdurma yaranıb və nəticədə polis qanun pozuntusuna yol verən 11 nəfəri saxlayıb. Qarşıdurmada bir nəfərin isə yaralandığı bildirilib.

Hazırda polis gərginliyin azaldılması istiqamətində işləri davam etdirir. ABŞ-ın Gürcüstandakı səfirliyi isə öz vətəndaşlarını etiraz aksiyalarının keçirildiyi əraziyə yaxın getməməyə çağırıb. Gürcüstan Patriarxlığı isə filmin mövzusunun gürcü milli kimliyi ilə üst-üstə düşmədiyini bildirib və nümayişə etiraz edib.

Qeyd edək ki, etiraz aksiyasının səbəbi kinoteatrda gürcü rejissor Levan Akinin cinsi azlıqlardan bəhs edən "And Then We Danced” ("Sonra biz rəqs etdik”) adlı filminin nümayiş etdirilməsidir. Filmin noyabrın 10-dək Tbilisi və Batumidə fəaliyyət göstərən kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300