Bu bitkilərdən milyonlar qazana bilərik, amma… -Dərman dərdimizə dərman olacaqmı?

 

"Ölkəmizdə dərman sənayesində bitkilərdən xammal kimi istifadə edilməsi üçün imkanlar var. Çünkixaricdən idxal edilən dərman bitkiləri, müxtəlif dərmanların hazırlanmasında istifadə olunan bitkilərin əksəriyyəti Azərbaycanda bitir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan florasının dərman istehsalında mühüm xammal olmasına rəğmən hələ də ölkəmizdə bu istiqamətə ciddi diqqətin ayrılmamasına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Bu gün apteklərdə dəmləmələr, müxtəlif ekstraktlar, balzamlar və s. formada xarici istehsal olan bitki mənşəli dərmanlar satılır. Hansı ki, həmin preparatların tərkibinə daxil olan bitkilərin böyük əksəriyyəti Azərbaycanda yetişir. Bu ölkədə daxili istehsal sənayesini yaradaraq bitkilərdən istifadə etməklə dərman preparatlarının istehsalı tamamilə mümkün və realdır”.

 

Amma həkim hesab edir ki, ölkədə yetişən bitkilərdən dərman hazırlanmasına nail olmaq üçün mütləq mənada dövlət qayğısının olması vacibdir:"Sovet dövründə Farmakopeya və Xalq Təbabəti Mərkəzi yaradılmışdı. Amma təəssüf ki, mərkəz indi fəaliyyətini əvvəlki kimi davam etdirə bilmir. Hesab edirəm ki, kifayət qədər dövlət qayğısının olacağı təqdirdə, bitkilərdən dərman istehsalı və onun elmi mərkəzinin yaradılmasını həyata keçirmək olar. Sovet dövründə maral buynuzundan patrokrin adlı dərman, müxtəlif bitkilərdən müxtəlif ekstraktlar hazırlanırdı. Bitkilərdən molekulyar biologiyanın köməyi ilə daha təmizlənmiş formada, ayrı-ayrı elementlərin həmin bitkinin tərkibindən çıxarmaq yolu ilə dərman hazırlamaq yaxşı olardı”.

 

A.Qeybulla düşünür ki, yerli bitkilərdən xammal kimi istifadə edib Azərbaycanda bu istiqamətdə ayrıca istehsal müəssisəsi yaratmaq olar:"Xarici ölkələrdə dərman istehsalında əhəmiyyətli xammal olan bitkilərin geniş plantasiyalarının salınması təcrübəsi də var. Ölkəmizdə də bu istiqamətdə addımlar atılmalıdır. Digər tərəfdən bitkilərdən dərmanların hazırlanması üçün müvafiq texnologiyanın və ən başlıcağı ixtisaslı kadrların olması vacibdir. Kadr məsələsi həll edilmədən bu sahəyə qoyulan investisiya özünü doğrulmayacaq”.

 

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300