Livanın Baş Naziri istefa verib

 

Livanın Baş Naziri Səəd Hariri istefa verib.

APA-nın məlumatına görə, o, "al-Mayadeen" telekanalı ilə xalqa müraciətində hökumət əleyhinə davam edən iki həftəlik etiraz aksiyalarından sonra rəhbərlik etdiyi kabinetin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Baş Nazir müraciətində ölkənin dalana dirəndiyini bildirib.

S. Hariri livanlıların əksəriyyətinin arzusunu yerinə yetirmək məqsədilə istefa ərazisini prezident Mişel Auna təqdim edəcəyini söyləyib: "Mənim istefa məsələm artıq prezidentin səlahiyyətindədir".

Qeyd edək ki, Livanda hökumət əleyhinə aksiyanın iştirakçıları paytaxt yollarını, habelə şimal və cənub rayonlarını birləşdirən magistral yolları bağlayır. Etirazçılar hökumətin və parlamentin buraxılmasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Ölkədə bir neçə universitet də dərsləri qeyri-müəyyən vaxta qədər dayandırıb, banklar bağlanıb.

Hökumətin dörd üzvü artıq istefa verib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300