Quran və şəhidləri anmaq

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərim qorxaq insanları tənqid etmişdir: "…Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxarlar…” (Nisa surəsi, 77-ci ayə). "…O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: "Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur…” (Bəqərə surəsi, 249-cu ayə). Amma şücaətli və qorxmaz şəxslər Qurani-kərim tərəfindən təriflənmişdir. Məs: Bəzi şəxslər müsəlmanların ruhiyyələrini zəiflətmək üçün deyərdilər: "Sizin düşmənləriniz çoxdur”. Amma möminlərin qorxu yerinə imanları çoxalırdı: "O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.” (Ali-İmran surəsi, 173-cü ayə).

Elə şəxslər də vardır ki, cəbhəyə aşiqdirlər, amma (cəbhəyə getməyə) imkanları olmadığına görə çox hüznlü olurlar. Qurani-kərim elə şəxsləri tərifləyir: "(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!” (Tövbə surəsi, 92-ci ayə).

Elə şəxslər də vardır ki, (qanları axıdılmasa da) qanlarının axıdılmasına hazırdırlar, qanlarının axıdılması üçün Allahın əmrinə təslimdirlər. Qurani-kərim belə şəxsləri də tərifləyir: "Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Saffat surəsi, 101-105-ci ayələr).

Qurani-kərim müharibədə öz şücaətini və qorxmazlığını nümayiş etdirən əsgərlərin xüsusi məqama layiq olduğunu bildirmişdir: "Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.” (Bəqərə surəsi, 251-ci ayə).

Qurani-kərim həzrət İbrahim peyğəmbərin xüsusiyyətlərini sadalayarkən onun qorxmazlığını, büt sındırma şücaətini yüksək dəyər hesab etmişdir: "Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! (Başlarına bir oyun açacağam!)” (Ənbiya surəsi, 57-ci ayə).

Bəzi peyğəmbərlər öz ixlaslı tərəfdarları ilə müharibəyə yollananda heç bir çətinliklərin müqabilində süstlük göstərməyib, baş əyməyib, özlərində gücsüzlük göstərmədilər.Qurani-kərim onların bu cür işlərini və ruhiyyələrini tərifləmişdir: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!” (Ali-İmran surəsi, 146-cı ayə).

Bəlkə də həcc mərasimində Allahın evini ziyarət edən bütün hacılara gecəni Məkkədən kənarda, Mina çöllüyündə qalmaq ona görə vacib buyurulmuşdur ki, ora İsmailin qurbangahı və İbrahimin şeytanla mübarizə etdiyi yerdir. Bəli, İlahi övliyaların qətlgahında qalmaq əməllə edilən bir əzadarlıqdır və şəhidləri anmaq məqsədi daşıyır.

Belə bir dəstənin müqabilindəki dəstələri Qurani-kərim tənqid etmişdir, o cümlədən:

Məhz dünya həyatına ürək bağlayanlar: "Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz?...” (Tovbə surəsi, 38-ci ayə).

Allah yolunda döyüşə gedib cihad etməkdənsə rifahlı yaşamağı üstün tutanlar: "(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin…” (Tovbə surəsi, 24-cü ayə).

Düşməndən qorxan şəxslər: "…dedilər: "Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”!...” (Bəqərə surəsi, 249-cu ayə).

Evdəki təhlükəsizliyi bəhanə gətirib döyüşdən evə qayıtmaq üçün Peyğəmbərdən (s) izn istəyənlər: "…Başqa bir dəstə isə: "Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13-cü ayə).

Müharibədə iştirak etməmək üçün bir bəhanə gətirib Peyğəmbərdən (s) üzrxahlıq edənlər. Bəhanələri bu idi ki, bizim "Təbuk” döyüşündə iştirakımız günah etməmizə səbəb olacaq. "Rumlularla müharibə üçün üz-üzə gəlsək onların qızlarına baxacağıq və beləliklə fitnə və günaha düçar olacağıq” – dedilər: "Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!”– deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!” (Tovbə surəsi, 49-cu ayə).

Havanın istiliyini bəhanə edib döyüşü tərk etmək istəyənlər:"(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): "Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tovbə surəsi, 81-ci ayə).

Cəbhəyə getmədiklərinə görə sevinənlər: (Tovbə surəsi, 81-ci ayə).

Allah-Taala Peyğəmbərinə (s) göstəriş verir ki, üzrsüz müharibəyə getməyənlərin, qorxaq münafiqlərin və hətta döyüşdən qaçan fərarilərin ölülərinin meyit namazında hazır olmasın və iştirak etməsin. Amma şəhidlərin namazında isə hazır olmaq və iştirak etmək lazımdır.

Həzrət Fatimə (ə.s) hər həftə iki dəfə (həftənin birinci və dördüncü günləri) evdən Ühüd döyüşündəki şəhidlərin məzarlığınadək neçə kilometrlik yolu, qət edərmiş. Hətta şəhidlərin məzarındakı torpaqdan bir miqdar evə gətirər və ondan təsbih dənələri düzəldib zikr edərmiş ki, şəhidlər unudulmasın, bu yolla şəhidlərin unudulmasının qarşısını alırdı.

Göyləri və yeri yaradan Allah (İbrahim surəsi, 32-ci ayə) göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) insanlar üçün ram etmişdir (Loğman surəsi, 20-ci ayə). Bəşəri isə ibadət və bəndəlik üçün yaratmışdır: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat surəsi, 56-cı ayə). Namaz ibadətlərin zirvəsindədir. Namazın zirvəsi isə səcdədir. Daha yaxşı olar ki, (müstəhəbdir ki,) insan səcdə edərkən başını Kərbəla torpağı şəhid türbətinə qoysun ki, bu minvalla şəhidlə unudulmasın (ən azı gündə beş dəfə yad edilsin).

Həcc səfərinin təlimlərindəndir ki, bir şəxs Məkkəyə gedə, amma Mədinədə Peyğəmbəri ziyarət etməyə, belə bir şəxs cəfa etmişdir. Mədinəyə gedib Peyğəmbəri ziyarət edən şəxs Ühüd şəhidlərini ziyarət etməzsə cəfa etmişdir. Deməli, belə bir çıxarış etmək olar ki, Məkkə ilahiliyi Mədinənin peyğəmbərliyindən asılıdır və Mədinənin peyğəmbərliyi Ühüd şəhidlərinə bağlıdır. Məkkə Mədinədən, Mədinə isə Ühüddən (Ühüd döyüşündəki şəhidlərdən) asılıdır.

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 87-89.

Höccətül islam vəl-müslimin Qiraəti.

Tərcümə etdi: Ə. Şəhriyar

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300