İmam Hüseynin (ə) Quranla müvafiq hərəkəti

 

Mərhəmətli, rəhmli Allahın adı ilə! İmam Hüseynin (ə) yolda istinad etdiyi ayələr bunlardır.

Birinci ayə: Mədinədə Yəzidin nümayəndəsi (Mərvan) imam Hüseyndən (ə) Yəzid üçün beyət almaq qərarına gəlir, imam buyurur: "Vay olsun sənə ey Mərvan, sən bir murdarsan. Mən isə Əhli-beytdənəm. Allah biz Əhli-beyt barədə buyurub: Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Maidə surəsi, 33-cü ayə)

ويلكيا مروان، فإنّك‏ رجس‏و إنّا أهلبيت‏ الطهارة الّذي أنزلاللّه فينا: إِنَّما يُرِيدُاللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

İkinci ayə: İmam Hüseyn (ə) Kərbəlaya yola düşməmişdən qabaq yazdığı vəsiyyətnamədə bu ayəyə istinad etmişdir: "...Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!” (Hud surəsi, 88-ci ayə).

وَ ما تَوْفيقي‏ إِلاَّبِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَ إِلَيْهِ أُنيب‏

Üçüncü ayə: İmam Hüseyn (ə) Yəzidə beyət etməmək üçün Mədinədən Məkkəyə tərəf çıxarkən (Rəcə ayının 28-i) bu ayəni tilavət etdi: "(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: "Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi.” (Qəsəs surəsi, 21-ci ayə) فَخَرَجَ مِنْها خائِفاً يَتَرَقَّبُقالَ رَبِّ نَجِّني‏ مِنَالْقَوْمِ الظَّالِمين‏

Dördünc ayə: Şeyx Müfid deyir: Elə ki, imam Hüseyn (ə) Mədinəyə yola düşdü, bir qrup cinn və mələk imama yardım etmək üçün gəldilər, imam bu ayəni tilavət etdi: "Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq…” (Nisa surəsi, 78-ci ayə). أَيْنَما تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَ لَوْ كُنْتُمْفي‏ بُرُوجٍ مُشَيَّدَة

Bu ayəni də oxudu: ""Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər” لَبَرَزَ الَّذينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُإِلى‏ مَضاجِعِهِمْ

Beşinci ayə: İmam Hüseyn (ə) Kərbəlaya yola düşməmişdən öncə cümə axşamı şəban ayının üçü Məkkəyə daxil oldu və bu ayəni tilavət etdi: "O, Mədyən tərəfə yönəldiyi zaman dedi: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!” وَ لَمَّا تَوَجَّهَ تِلْقاءَمَدْيَنَ قالَ عَسى‏ رَبِّيأَنْ يَهْدِيَني‏ سَواءَ السَّبيل‏

Altıncı ayə: İmam Hüseyn (ə) Məkkədə İbn Abbasla görüşdükdə Bəni-Üməyyə barədə bu ayələri dilə gətirdi: "Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.” (Tövbə surəsi, 54-cü ayə). أَنَّهُمْكَفَرُوا بِاللَّهِ وَ بِرَسُولِهِ وَلا يَأْتُونَ الصَّلاةَ إِلاَّ وَ هُمْكُسالى‏. "...Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.” (Nisa surəsi, 142-ci ayə). يُراؤُنَ النَّاسَ وَ لا يَذْكُرُونَاللَّهَ إِلاَّ قَليلا; "(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!” (Nisa surəsi, 143-cü ayə) مُذَبْذَبينَ بَيْنَ ذلِكَ لاإِلى‏ هؤُلاءِ وَ لاإِلى‏ هؤُلاءِ وَ مَنْيُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَلَهُ سَبيلاً; "Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.” (Ali-İmran surəsi, 185-ci ayə) كُلُّ نَفْسٍ ذائِقَةُ الْمَوْتِ وَ إِنَّما تُوَفَّوْنَ أُجُورَكُم‏

Yeddinci ayə: Qurban bayramına az qalmış imam Hüseyn (ə) Məkkədən Kərbəlaya tərəf yola düşdü. Yəzidin nümayəndəsi Məkkədə imamın yolunu kəsdi, imam Hüseynə (ə) dedilər: "Qorxuruq ki, camaatın arasında ixtilaf yaradasan”, imam bu ayəni tilavət etdi: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!” (Yunus surəsi, 41-ci ayə) لي‏عَمَلي‏ وَ لَكُمْ عَمَلُكُمْأَنْتُمْ بَريئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَري‏ءٌ مِمَّاتَعْمَلُون‏

Səkkizinci ayə: İmam Hüseyn (ə) Kərbəlaya gedərkən Müslümün şəhadət xəbərini aldı və buyurdu: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə surəsi 156-cı ayə) إِنَّا لِلَّهِ وَ إِنَّاإِلَيْهِ راجِعُون

Doqquzuncu ayə: Kərbəlaya az qalmış Hürr imama dedi: niyə görə buraya gəlmisən? İmam buyurdu: "Sizin dəvətnamələriniz məni buraya gətirib. Amma indi peşman olmusunuz”, imam bu ayəni tilavət etdi: "...Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər).” (Fəth surəsi, 10-cu ayə) فَمَنْنَكَثَ فَإِنَّما يَنْكُثُ عَلى‏ نَفْسِهِ

Onuncu ayə: imam Hüseyn (ə) Kərbəlaya gedərkən öz qasidinin (Qeys ibn Məshər Seydavi) şəhadət xəbərini alarkən ağladı və bu ayəni tilavət etdi: "...Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər” (Əhzab surəsi, 23-cü ayə) مَنْ قَضى‏ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ وَما بَدَّلُوا تَبْديلاً.

On birinci ayə: Kufənin hakimi (İbn Ziyad) Hürrə rəsmi məktub yazır, Hüseynin (ə) yolunu bağlamasını tapşırır. Hürr məktubu imam Hüseynə göstərən kimi imam bu ayəni tilavət edir: "Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!”

وَ جَعَلْناهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيامَةِ لا يُنْصَرُون‏

On ikinci ayə: Imam Hüseyn (ə) qızı Səkinə üçün Yəzidin ordusu barədə bu ayəni oxudu: "Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur…” (Mucadələ surəsi, 19-cu ayə)

اسْتَحْوَذَعَلَيْهِمُ الشَّيْطانُ فَأَنْساهُمْ ذِكْرَ اللَّه‏

On üçüncü ayə: İmam Hüseyn (ə) Aşura günü Yəzidin tərəfdarları üçün bu ayələri tilavət etdi: "...Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!). (Yunus surəsi, 71-ci ayə) فَأَجْمِعُواأَمْرَكُمْ وَ شُرَكاءَكُمْ ثُمَّلا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْغُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّوَ لا تُنْظِرُونِ; "Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!” (Əraf surəsi, 196-cı ayə) إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذي نَزَّلَالْكِتابَ وَ هُوَ يَتَوَلَّىالصَّالِحين‏; "(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi:) "Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!” (Duxan surəsi, 20-ci ayə)وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ ; "Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!” (Ğafir surəsi, 27-ci ayə)وَ قالَمُوسى‏ إِنِّي عُذْتُ بِرَبِّيوَ رَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍلا يُؤْمِنُ بِيَوْمِ الْحِسابِ

 

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 69-72.

Höccətül islam vəl-müslimin Qiraəti.


Tərcümə etdi: Ə. Şəhriyar.

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300