Modern.az-ın 10 yaşında Elşad Eyvazlı ilə müsahibə:  - FOTOLAR

Bu günlərdə Azərbaycan mediasına öz adını uğurla yazmış "Modern.az” xəbər portalının10illik yubileyi qeyd olunur. 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayan portal fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanıb, həmçiningündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Musavat.com olaraq, yubiley ərəfəsində"Modern.az”xəbər portalının təsisçisi və baş direktoruElşad Eyvazlı ilə saytın keçdiyi fəaliyyət yolu və gələcək planları ilə müsahibə aldıq.

- Elşad müəllim, Modern.az 10 ili geridə qoyur. Ötən bu dövrü necə qiymətləndirirsiniz?

- Diqqətinizə görə çox təşəkkür edirəm. Fəaliyyətimizə özümüzün qiymət verməsi nə etik olar, nə də obyektiv. Deyə biləcəyim tək odur ki, bu illər ərzindəki işimizlə hər kəsin qarşısında üzüağıq. Gücümüz çatdığı qədər jurnalist peşəkarlığı və milli maraqlara xidmət etdik. Təəssüflənəcəyimiz məqamlar edə bilmədiklərimizlə bağlıdır. Bizi cəmiyyət böyütdü. Bu illər ərzində bizə mənəvi dəstək olan Azərbaycan cəmiyyətinə minnətdarıq.

- 10 il öncəki bu günləri, modern.az-ın yaranmasını necə xatırlayırsınız?

- O zaman Parlament Jurnalistlər Birliyinin bir layihəsi var idi və biz sayt yaratmalı idik. Ona görə, modern.az-ı yaratdıq və bir müddət sonra gördük ki, təkcə QHT sektoru ilə deyil, media sahəsində də işləyə bilirik. 10 il öncə vəziyyət belə deyildi, bir çox sahələrdə boşluqlar var idi. Saytımız fəaliyyətə başladı və Əfqan Qafarlı ilə birgə bu işə davam etməyə qərar verdik. Çox kiçik kollektivimiz var idi, Əfqan , mən və bir neçə tələbə ilə başlamışdıq. O zaman ofisimiz də yox idi. "525-ci qəzet”in Tərcümə mərkəzində yerləşən redaksiyasında Rəşad Məcid bizə kiçik bir otaq vermişdi, orada fəaliyyətə başlamışdıq. Bir neçə il keçdi və biz özümüz də inanmırdıq ki, modern.az artıq bir media orqanı kimi formalaşıb.

- Bu illər ərzində jurnalistikadan uzaqlaşmaq və modern.az-ın fəaliyyətini dayandırmaq istədiyiniz anlar olubmu?

- İnsanıq. Dəlicəsinə sevsən belə, on il ərzində davamlı olaraq eyni işdən zövq almışam desən bir az inandırıcı görünməz. Xüsusilə indiki vaxtda. İndinin insanı 30-40 il əvvəlin insanı ilə həm də naşükürlüyü ilə fərqlənir. Əvvəl adamın normal yaşayışı üçün lazım olanlar, deyək ki, ev, iş, maşın yox idi, amma o, olanlara şükür edirdi. İndi əksinədir, adamın evi, işi, maşını, dolanışığı üçün pulu var, amma həyatından məmnun deyil. Halbuki iddia edilir ki, indinin adamını daha çox madiyyat maraqlandırır. Bütün bunları bilirsiniz niyə dedim, dövrün yetirmələriyik. Kənardan bəlkə də böyük, hər şeydən məmnun görünə bilərik. Amma bizim də nədənsə bezən vaxtlarımız olur. Və belə məqamların birində belə qərara gəldim ki, saytı bağlayaq. Rəşad Məcidin çox ciddi və israrlı müdaxiləsi olmasaydı indi Modern.az yəqin ki, fəaliyyət göstərmirdi. Amma onu da deyim ki, 10 il ərzində bezdiyimiz hallar barmaqla sayılacaq sayda olub. İşimizdən zövq almaq isə gündəlik həyat tərzimizə çevrilib.

- Auditoriyanızdan, oxucularınızdan necə, məmnunsunuzmu?

- Məmnun olmasan, itirəcəksən. Yəni buna məhkumsan. Hər şeyin müxtəlifliyi zamanında yaşaya bilməyin özü, özü də təvazökarlıqdan uzaq olsa belə deyəcəm, şərəfli yaşamaq böyük güc və zəhmət tələb edir. Və sən media qurumusansa, özü də sosial-ictimai proseslərdə rəy yarada bilirsənsə, demək ki, nəyisə bacarırsan. Bu, həm də oxucularının olması anlamını verir. Bir sözlə, biz oxucularımızı sevirik. O başqa məsələ ki, kobud səsələnsə belə deyəcəyəm, Modern.az hər yoldan keçən üçün oxunaqlı deyil.

-Həmkarınız olan baş redaktorları , jurnalistləri necə dəyərləndirirsiniz?

- Yuxarıda dediyim məsələ bu məqamda daha açıq görünür. Bizdə yazıçının yazıçıdan, müğənninin müğənnidən, idmançının idmançıdan, jurnalistin jurnalistdən heç xoşu gəlmir. Mən bunu bildiyimdən stajlı jurnalist dostlarla işləməyə üstünlük verməmişəm. Baş redaktor Əfqan Qafarlı istisna olmaqla qalan bütün əməkdaşlar əmək fəaliyyətlərinə bizdə başlayıb. Onların pisi də, yaxşısı da özümüzlə bağlıdı, ona görə də iş yoldaşlarımdan tam razıyam. Baş redaktorlara gəlincə, özünü media kapitanı adlandıran jurnalistləri başa düşməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, sağlam rəqabət şəraiti olsaydı, bu "kapitanlar” piyada olaraq öləcəkdilər. Məhz onların sayəsində Azərbaycanda jurnalist həmrəyliyi yox olub. Az qala bütün jurnalistlərin "boyu” eyni ölçüdə edilib. Mən ümumiyyətlə, özünütənqidi sevirəm. Bu mənada jurnalistikada tənqid olunası o qədər məqamlar ki... Məni ən çox bilirsiniz nə qayğılandırır, xaricə köçən jurnalistlərimiz yaşadıqları ölkədə peşələrini davam etdirməkdə gücsüz olurlar. Bu, onların təqsiri deyil. Belə məsələlər barədə düşünmək lazımdı.

- Media sahəsində gələcək planlarınız varmı?

- Yeni bir sayt yaradırıq, həm forma, həm də məzmunca Azərbaycanda bir ilk olacaq bir sayt.

-Siz həm də təhsil məkanında xəbər tipli ilk sayt Azedu.az-ın yaradıcısısınız. Sosial şəbəkələrin aparıcı rol oynadığı bir vaxtda yeni yaradacağınız saytın gələcəyinə inam varmı?

- Azedu.az yarananda da eyni sualla üzləşmişdik. Artıq bu gün Azedu.az təhsil sahəsində öz sözünü deyə bilir. Bu mənada yeni saytımızın perspektivinə daha çox inanıram. Sualınızla saytın mahiyyəti barədə məlumat almaq istəyirsinizsə, sayt fəaliyyətə başlayanda hər şeylə tanış olacaqsınız. Sosial şəbəklərə gəlincə, hətta sizdən daha kəskin demək istərdim, saytlar qəzetləri necə "yedisə”, sosial şəbəklər də saytları elə "yeyir”.

-Parlement Jurnalistlər Birliyində işləriniz necə gedir?

- İllər öncə daha aktiv idik. Bunu etiraf etməliyik. Amma bizim indiki fəaliyyətimiz də qaneedicidir. Xarici əlaqələri geniləndiririk. İstər kəmiyyət, istərsə də keyfiyyət baxımından Mətbuat Şurasını çıxmaq şərtilə PJB ölçüsündə jurnalist təşkilatı yoxdur. Bu isə mənimlə bağlı deyil, PJB üzvlərinin gücü, peşəkarlığı, jurnalistikaya sayğısı ilə bağlıdır.

- Yeri gəlmişkən, qarşıdan parlament seçkiləri gəlir. Və həm QHT, həm də media təmsilçiləri arasında namizədliyə iddialı olanlar var. Seçkilərdə sizi namizəd kimi görə biləcəyikmi?

- Hər kəsə uğurlar arzulayıram. Xüsusuilə həmkarlarımızın, QHT nümayəndələrnin insanları parlamentdə təmsil etməsinə müsbət yanaşıram. Sadəcə, hər kəs bacardığından yapışmalıdır. Deputat olmaq istəyən Vətənini, millətini sevməlidir, fəaliyyətini ortaya qoymalıdır. Hesab edirəm ki, kiməsə söyməklə deputat olmaq zamanı çoxdan bitib. Və təcrübə göstərdi ki, bu, uğurlu variant deyil. Konkret mənə gəlincə, əgər jurnalistikamızın inkişafında zərrə qədər də olsa çabamız olubsa, bu bizim üçün yetərlidir. Mənə görə hər kəs bacardığı işdən yapışsa Azərbaycana daha çox töhfə verər.

Nərgiz LİFTİYEVA,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300