"Şarik” və digərlərinin bandası tutuldu

 

Ukraynanın hüquq mühafizə orqanları tərəfindən Odessa vilayətində, Krımda, Hersonda, Zaparojyedə çoxsaylı cinayətlər törədən cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Bu barədə "Prestupnaya Rossiya” nəşri məlumat yayıb. Məlumata görə, bandaya bir neçə "qanuni oğru” rəhbərlik edib. İki il ərzində cinayətkar dəstə "obşak” a on milyonlarla qriven pul yığıblar.

Dəstənin əsas lideri Ukraynanın cənubunda, Odessada yaşayan "Şarik” ləqəbli "qanuni oğru” olub. Cinayətkar birliyin Herson şəhərindəki "fəaliyyəti” isə digər liderin himayəsində olsa da həmin şəxsin adı açıqlanmır. Onun əsas vəzifəsi quldurluq, oğurluq və dələduzluq yoluyla "obşak” yığılan pullara nəzarət etməkdən ibarət olub. İki ilə ərzində "obşak” a yığılan məbləğ ümumilikdə 23 qriven təşkil edib.


 

Yığılan pullar bandanın ehtiyaclarına xərclənib. Həmçinin dəstənin həbsxanada cəza çəkən üzvlərinə siqaret, yemək və s. alınıb. Bundan başqa "sxodka” lara, vəzifəli şəxslərə rüşvətə və vəkil xidmətlərə də pul ayrılıb.

Xüsusi əməliyyat nəticəsində Herson, Odessa və Zaporojyedə 30-a yaxın əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300