Rusiyadan dəhşətli yanğınlarla bağlı - Açıqlama
Son 4 gün ərzində Sibirin Krasnoyarsk və İrkutsk bölgələrində 753 hektar ərazidə davam edən meşə yanğınları söndürülüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yanğının söndürülməsində quruma aid helikopter və təyyarələrdən istifadə edildiyi bildirilib.
Açıqlamada yanğının söndürülməsi üçün 1658 ton sudan istifadə edildiyi, 56 yanğın ocağının tamamilə söndürüldüyü qeyd edilib.