Baş katib: "NATO "S-400"dən istifadə etməyəcək"
NATO Türkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksini Alyansın vahid sisteminə inteqrasiya etməyi planlaşdırmır.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO-nun hava hücumundan müdafiə və raket əleyhinə sistemləri "S-400”dən istifadə etməyəcək.