Qafandan Xocavəndə: Ermənistan Qarabağa üçüncü yolu çəkir

 

Ermənistan Qarabağa üçüncü yolun çəkilişinə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibiArmen Qriqoryan ötən gün iyulun 25-də "Azadlıq” radiosunamüsahibəsində deyib.Qriqoryanın bildirdiyinə görə hökumət 2020-ci ildə Dağlıq QarabağıErmənistanla birləşdirən üçüncü yolun çəkilişini planlaşdırır. Bu yolErmənistanın Qafan şəhərini işğal altındakı Hadrut rayonuna (Xocavənd)birləşdirəcək, uzunluğu 150 kilometr olacaq.


 

Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, hökumət yolun çəkilişi haqda qərarı artıq qəbul edib və müvafiq maliyyə tapıb. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detalllar barədə açıqlama verə bilməzlər.

Ermənistanı işğal altındakı Qarabağla birləşdirən üçüncü yolunçəkilişi ideyası düşmən ölkədə neçə vaxtdır müzakirə olunurdu. Lakin bu ideya Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra reallaşmamərhələsinə daxil olub. İlin əvvəllərində Ermənistan MilliTəhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakıFüzuli rayonunun ərazisinə gələrək "Arazboyu ərazilərinməskunlaşdırılması” planı haqda danışmışdı. Vanetsyan bildirmişdi ki,onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedəbilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır.


 

Bu baxımdan Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, Yerevanda "bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər və danışıqlar ancaq formal əhəmiyyət daşıyır, vaxt udmağa xidmət edir.

Son dövrlərə qədər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yolGorus-Laçın-Xankəndi yolu idi. Lakin bir neçə il əvvəl ErmənistanQarabağa ikinci yolu çəkdi, bu yol qədim Göyçə mahalını işğalaltındakı Kəlbəcər rayonu ilə birləşdirir. İndi isə üçüncü yol planıaçıqlanır.


 

Rəsmi Bakı Ermənistanın bu nümayişkarənə, təcavüzkaraddımına kəskin reaksiya verməli, hətta beynəlxalq vasitəçilərüzərindən xəbərdarlıq etməlidir ki, Arazboyu ərazilərinməskunlaşdırılmasına, ora yeni yolun çəkilməsinə çox sərt cavabveriləcək. Azərbaycanın tamamilə haqqı və ixtiyarı var ki, bu yolçəkilişinə hərbi vasitələrlə qarşı çıxsın.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300