Putinsiz Rusiya dağıla bilər - gözlənti

 

Beş ildən sonra şimal qonşumuzu nə gözləyir? Ekspert: "Bütün imperiyalar kimi sonunda Rusiyanın da bütöv qalması mümkün deyil...”

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra nə işlə məşğul olacağı haqda danışıb. O deyib ki, onun 5 il sonra nə işlə məşğul olacağı haqda danışmaq hələ tezdir. Putin etiraf edib ki, Rusiyanın inkişafına dair planları heç də həmişə istədiyi sürətlə yerinə yetirilmir. Bu da qeyri-stabil iqtisadi situasiya və məhdudlaşdırıcı xarici tədbirlərlə bağlıdır.

Qeyd edək ki, Rusiya və dünya mediasında post-Putin dövrü və prezident Vladimir Putinin siyasi varisinin kim olacağı mövzusu zaman-zaman gündəmə gəlir. Bir sıra rusiyalı siyasi ekspertlər hesab edir ki, mümkün ssenarilərdən biri 2021-ci ildə Dövlət Dumasına seçkilər öncəsi varisin yeni baş nazir təyin edilməsi və tədricən ona səlahiyyətlər verilməsidir. Tula vilayətinin qubernatoru Aleksey Dyuminin Putinin varisi olmağa şanslı fiqur kimi adı keçir. Ondan başqa daha iki namizədin olduğu deyilir: Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov, mülki müdafiə işləri və fövqəladə vəziyyət üzrə nazir Yevgeni Ziniçev.

Müdafiə naziri Sergey Şoyqunun da adı Putinin əsas varisləri ola biləcək şəxslər sırasında çəkilir.

Rusiyada prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Qarşıda 5 ilə yaxın müddət var. Putinin hazırkı yaşı və sağlamlığı ölkəni idarə etməyə kifayət qədər imkan verir. Rusiyaya qarşı başda ABŞ olmaqla, Qərbdən sanksiyalar olsa da Putin ölkəsinin müvazinətini qoruyub saxlamağı, ölkənin çökməsinin qarşısını almağı bacarır. Odur ki, Putinin hakimiyyətdə olmadığı Rusiyanın taleyinin necə olacağı, ölkənin müvazinətini qorumağın mümkün olub-olmayacağı sualı varis söhbətləri ortaya çıxandan aktuallaşıb.

Siyasi analitiklərin fikrincə, Putini hakimiyyətə gətirən qüvvənin varis planı uğurla keçsə və bu varis hazırkı kursu davam etdirə bilsə, Rusiya müvazinətini qoruya bilər. Yox, varis planı uğurla keçməsə, bu ölkədə təlatümlər baş versə, Rusiyanın gələcəyi heç də yaxşı təsəvvür edilmir. Şimal qonşumuz da ciddi etiraz elektoratı yaranır, təşkil edilir. Bu elektorat əsasən orta təbəqəni ehtiva edir. Sanksiyaların çoxalması, korrupsiya ilə mübarizənin istənilən səviyyədə getməməsi narazılıqları artırır. Xarici siyasətdə Rusiya əvvəlki kimi uğurlar qazana bilmir. Xalqın qarnının toxluğu, soyuducunun bol olması, maaşların azlığı, layiqli təqaüdə çıxmaq istəkləri, Krım, Suriya istəklərini üstələməyə başlayıb. Əbəs yerə son dönəmdə Putinin nüfuzu son illərlə müqayisədə aşağı səviyyəyə enməyib.

İndi nə 19, nə 20-ci əsrdir. 21-ci əsr ilk növbədə informasiya əsridir. Ruslar artıq dünyanın hər yerinə gedə bilirlər. Rus gəncliyi dünyanı görür və daha proqressiv, açıq cəmiyyətdə yaşamaq istəyir. Rusiyada kifayət qədər güclü formalaşan orta təbəqə var və bu orta təbəqə rüşvət vermək istəmir, avropalı kimi dürüst yaşamaq istəyir. 2011-ci ildən bu yana rus orta sinfi gücünü göstərməkdə davam edir. Bunun sübutu kimi 2011-ci ildən müxalifətin ölkə boyu hərdən kifayət qədər uğurlu alınan mitinqlərini göstərə bilərik.

Putinsiz Rusiyanın taleyi ilə bağlı bir fikir var ki, post-Putin Rusiyası dağıla bilər. Bir fikir də var ki, demokratikləşə bilər. Bəs Putindən sonrakı Rusiyanı necə təsəvvür etmək olar? Putin hakimiyyəti Nursultan Nazarbayev kimi kiməsə ötürə bilər?

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

 

Politoloq Əhəd Məmmədli "Yeni Müsavat”a bildirdi ki, bütün imperiyalar kimi sonunda Rusiyanın da bütöv qalması mümkün deyil:"Putinin ”dəmir əli", sadəcə, Rusiya Federasiyasının ömrünü uzatdı. Bir neçə il bundan əvvəl Dmitri Medvedyev açıq etiraf etmişdi ki, qubernatorların səlahiyyətləri məhdudlaşdırılmasaydı, dövlət dağıla bilərdi. O, bununla qubernatorların seçki ilə deyil, təyinatla posta gətirilməsinin düzgünlüyünü sübut etməyə çalışırdı. Fikrimcə, Medvedyev haqlı idi. Rusiyaya demokratiya yaramır. 400 illik rus dövlətçilik tarixində demokratiya idarə etməsi cəmi iki dəfə olub, o da ardıcıllığı ilə baş verib. Söhbət Mixail Qorbaçov və Boris Yeltsinin dövründən gedir. Qorbaçovun yenidənqurması, aşkarlığı rus dövləti olan SSRİ-nin süqutu ilə nəticələndi. Yeltsinin demokratiyası, regionlara maksimum suverinitet siyasəti Rusiya Federasiyasının dağılması ilə nəticələnə bilərdi. Bunun qarsısını FSB-Putin avtoritarizmi aldı. Düşünürəm ki, müvəqqəti aldı. Rusiya üçüncü demokratiya dövrünü yaşasa dağılacaq. Rusiya, Çin, Ərəb dünyasına demokratiya yaramır. Bunu tarix bir neçə dəfə isbatlayıb. Çinlilər müdrik xalqdır, ona görə heç vaxt orada demokratiya olmayacaq. Çünki çinlilər gözəl anlayırlar ki, bircə dəfə demokratiya quruluşu ilə siyasi idarəetməyə keçsələr, dövlətləri dağılacaq. Post-Putin dövrü avtoritarizmlə davam etsə və layiqli varis seçimi olsa, Rusiya nəinki dağılacaq, əksinə daha da inkişaf edəcək. Yox, əgər Putin özünə layiqli varis seçə bilməsə, ondan sonrakı dövr fərq etməz, avtoritarizm ya demokratiya olsun, Rusiya Federasiyası dağılacaq. Təbii, Putin hakimiyyətini vaxtı gələndə ötürəcək, amma baxır o proses necə gedəcək və varis kim, bacarığı necə olacaq. Kimsə Putinə Qazaxıstanda baş verənləri Rusiyada təkrar etməyə mane ola bilməz. Amma bu cür strategiyanın özündə də təhlükə var. Unutmayaq ki, Rusiya Qazaxıstan deyil, Rusiyada bu proses ağrılı gedə bilər. Necə gedəcəyindən asılı olaraq rus dövlətinin yaxın gələcəyi müəyyənləşəcək".

Etibar SEYİDAĞA, musavat.com 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300