18 yaşlı ifaçı artıq dozada narkotik maddə qəbul edib öldü

 

Repçi "Face Playboy”un mahnılarının müəllifi olan 18 yaşlı produsser və ifaçı "Hella Skeçi” ləqəbli Ceykob Tureson Texas xəstəxanasında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Ceykob evində huşsuz vəziyyətdə tapılıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada komaya düşüb və daha sonra vəfat edib.

İfaçının ölümünə səbəb kimi artıq dozada narkotik maddənin qəbulu göstərilir. Bu haqda gənc ifaçının atası Erik məlumat verib:

"Ceykob huşsuz vəziyyətdə tapılıb. O süni nəfəs aparatına qoşulu vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və 14 gün müddətində komada qalıb. Həyatımda inanmazdım ki, hər şey bu cür sonluqla bitər. Tiryək epidemiyası hər kəsi ağuşuna ala bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300