"Barselona” Qrizmana görə 126 milyon avro ödəyəcək

"Barselona” klubu hücumçu Antuan Qrizmanın transferi məsələsində "Atletiko” ilə razılaşıb.

Bununla bağlı Sport.es portalı məlumat yayıb.

Fransızın müqaviləsində kompensasiya 120 milyon avro (233 milyon manat) göstərilib. Kataloniyalılar pulu bir neçə tranşla ödədikləri təqdirdə istənilən məbləğdən daha 6 milyon artıq verəcəklər.

Bundan başqa, müqaviləyə "Barselona”nın müdafiəçisi Nelson Semedu da daxil ediləcək. Yalnız "Atletiko”nun braziliyalıya nə qədər pul ödəyəcəyi məsələsinin dəqiqləşdirilməsi qalıb.

Mayın sonlarında "Barselona”nın Qrizmanla danışıqları dayandırdığı ilə bağlı məlumat yayılmışdı. Həmçinin, Katalon klubunun bir neçə futbolçusunun bu transferə qarşı olduğu bildirilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300