Səfər Mehdiyevin "karqo-marqo" oyunu... - İddia

 

Bir neçə gündür Gömrük Komitəsi ilə Vergilər Nazirliyi sahibkarlara qarşı ciddi tədbirlərə əl atıb

Əslində Vergilər Nazirliyinin tələbləri haqlıdır və bildirilir ki, sahibkarlar malları öz adına gətirməklə vergiyə cəlb olunmalıdır. Bu hal qanunun tələbidir. Bəs Gömrük Komitəsi nə istəyir? Gömrükdə yaranan karqo böhranı nəyə hesablanıb və bu problemin kökündə əslində nə dayanır?

Ümumiyyətlə, son günlərə kimi, gömrük bəyənnaməsi olmadan satış məqsədi ilə malların ölkəyə karqo ilə gətirilməsinin hər kəs şahidi olub. Hər kiloqram üçün 2.5-3 dollar ödəniş etməklə malını Bakıda hansısa karqo şirkətinin anbarından götürmək mümkündür. Təbii ki, bu da nəzarətdə olan bir sahədir və karqo monopolistləri bu sistemi ciddi şəkildə nəzarətdə saxlayırlar. Bunun üçün uzun-uzadı araşdırma aparmağa, baş yormağa ehtiyac yoxdu. Aylardı Vergilər Nazirliyinin rəsmi şəxsləri sahibkarlara, gömrük rəsmilərinə malların sahibkarın adına gətirilməsi və vergi ödəməsi barədə məlumatlar verir.

Amma son günlər bu məsələ ciddi şəkildə qarışıb. Daha doğrusu, Vergilər nazirliyinin bu fəaliyyəti ciddi şəkildə nəzarətə götürməsi Gömrükdəki karqo monopolistlərinin kürkünə "birə” salıb.

Əslində nə baş verir? Sahibkarlar nədən satmaq üçün ölkəyə gətirdiyi malları gömrük bəyənnaməsindən keçirmək istəmir? Niyə belə problem yaranır?

Bizimxeber.az bildirir ki, ölkəyə satış məqsədi ilə mal gətirənlər gömrükdə incidilirlər. Gömrük işçiləri hər xırda nüansı şişirdir, xarici ölkədən 5 dollara alınmış malı bizim ölkədə 10 dollar dəyərində qiymətləndirməyə cəhd edir. Ayaqqabı qutuları sökülür, qutularda bağlı şəkildə satış üçün gətirilən mallar açılır, etiketlər cırılır və sairə

 

Təsəvvür edin ki, ölkəyə bağlı qutularda satış üçün müxtəlif adda mal gətirən sahibkarlar gömrük işçilərinin əlindən dad edir. Bütün qutular açılır və bir biri içinə baxış keçirilir ki, guya qutuların içində, qızıl, telefon və sairə ola bilər. Malın dəyəri şişirdilmiş şəkildə səmədləşdirlir və sairə. Bezdirildikdən sonra açılmış qutulardakı malı sahibkar heç kimə sata bilmir. Sökülüb dağılmış qutularda olan malı kim alar? İşlənmişdir deyib keçirlər.

Üstəlik də bəyənnamədə qiymətləri çox baha göstərilir. Odur ki, sahibkar məcburiyyət qarşısında qalıb yükünü karqo yolu ilə hər kiloqramına 3-5 dollar verməklə gətirir. Bu zaman nə bəyənnamə verir, nə də gömrük işçisini görür.

Vergilər Nazirliyinin qanuni şəkildə tələbi (yük vətəndaşın adına gəlməlidir və vergisi ödənməlidir) nə gömrük rəhbərliyinə, nə də onlarla birgə işləyən karqo şirkətlərinə sərf etmir. Gömrük əməkdaşları yüklərin bir-bir yoxlanmasını, bəyənnamədə istədikləri qiyməti göstərməsini qanuni hesab edirsə, Vergilər Nazirliyi də işini qanunla görməyə çalışır ki, mal sahibkarın adına gəlməli və vergi ödənməlidir.

Ortada qalan sahibkardır ki, bu gün də Sədərək Ticarət Mərkzində etiraza qalxıb mağazalarını bağlayıblar. Əcəba nə baş verir? Kim geri çəkiləcək? Gömrük rəsmilərimi, yoxsa Vergilər Nazirliyimi?

Aydındır ki, Gömrük rəsmiləri əla başa düşür ki, ölkəyə satış məqsədi ilə mal gətirənlər karqo sistemini tələb edəcəklər. Çünki, bu sahibkara sərf edir. Hələ üstəlik karqo monopolistlərinə bu daha çox sərf edir. Odur ki, hazırda "iki qoçun başı bir qazanda qaynamaz” məsləsidir.

Burda daha bir qəribə məqam var. İllərdir ölkəyə Türkiyədən rahat şəkildə yük gətirib pul qazanan karqo şirkəti rəhbərlərinin səsi çıxmır. Əsas məsələdə elə budur.

Bizimxeber.az-ın araşdırmalarına görə, Gömrük komitəsi onlarla illərdir əməkdaşlıq edən, özlərinin nəzarətində olan kargo şirkətlərinə Vergilər Nazirliyinn şərtlərini tətbiq etmir. Bir neçə türk karqo şirkəti var ki, onların yük daşıma qiyməti ucuz olduğu,konkret yüklərlə bərabər kiçik sahibkarların da yükünü gətirdikləri üçün problem yaşayırlar.

Beləcə, Kargo problemi həll olunmamış qalır, qazanan kimdirsə, itirən sahibkardır.

Əcəba, illərdir Sədərək Ticarət Mərkəzinə əsasən Türkiyədən yük daşıyan "Şah Kargo” adlı şirkət üçün belə problem varmı? Bu qaydalar yüklərini bir başa Sədərkdəki anbarına gətirən bu kargo şirkəti üçündəmi keçərlidirmi? … Bu barədə yaxın günlərdə əlavə məlumat verəcəyik.

(pia.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300