Dünyanın ən iri şirin su mənbələrindən biri aşkarlanıb

 

1970-ci illərdə, Atlantik okeanı altında neft və qaz ehtiyatları axtarışları zamanı neft şirkətləri tez-tez şirin suya təsadüf ediblər. Bu tapıntılar göstərib ki, haradasa duzlu su altında şirin sulu təbəqə mövcuddur və bu təbəqə perspektivdə çox böyük içməli su mənbəyi ola bilər.

Alimlərin torpağın altında gizlənmiş su ehtiyatlarının həcmi barədə indiyədək dəqiq məlumatı olmayıb, lakin onilliklər boyu aparılan tədqiqatlardan sonra bu sirr, nəhayət, açılıb. Məlum olub ki, şirin sulu təbəqə ABŞ-ın bütün şimal-şərq sahilboyu uzanır.

Bu kəşfi dəniz geoloqu Kloye Qustafsonun rəhbərliyi ilə bir qrup tədqiqatçı edib. Tədqiqat 2015-ci ildə başlayıb: alimlər Nyu-Cersi sahillərini və Martas-Vinyard adasını "Marcus G. Langseth” gəmisinin elektromaqnit qəbuledicisinin köməyi ilə skanlayıblar.

Şirin sudan fərqli olaraq duzlu suyun böyük elektrik keçiriciliyi şirin sulu təbəqənin xəritəsini tərtib etməyə kömək edib.

Məlum olub ki, şirin su ehtiyatları Massaçusetsdən başlayaraq Nyu-Cersiyədək uzanır, Delaver, Nyu-York, Konnektikut və Rod-Aylendi əhatə edir. Uzunluğu 350 kilometr olan rezervuarda 2,8 min kubkilometr azacıq duzlu su var. Suda duzun mövcudluğu xüsusilə yuxarıdan, okean dibinə yaxın yerdən yaxşı görünür: belə suyu istifadə etməzdən əvvəl onu şirinləşdirmək lazımdır.

Yeraltı şirin su ehtiyatlarının 15-20 min il əvvəl, buzlaqların əriməsi, habelə hərəkətdə olan su mənbələrinin qabarması və çəkilməsi zamanı əmələ gəldiyi ehtimal olunur. Onların sahəsi daha çox ola bilər. Çox güman, gizli şirin su ehtiyatları ABŞ-ın Atlantik kontinental şelfinin şərq hissəsində toplanıb. Əgər bu ehtimal doğrudursa, onda alimlər dünyada məlum şirin su ehtiyatlarından ən böyüyünü kəşf ediblər. (AzərTAc)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300