Şıxov qəsəbəsində vurulan piyada Qış parkında aşkar
olunub
Bakının Səbail rayonunda piyada avtomobil zərbəsi nəticəsində xəsarət alıb.
APA xəbər verir ki, Şıxov qəsəbəsində baş vermiş avtoqəza zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elvin Rafiq oğlunu naməlum avtomobil vurub. E.Məmmədov yaralı halda Yasamal rayonu ərazisindəki Qış parkında tapılaraq 1 saylı KTM-ə çatdırılıb.
Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.