"Türk birliyini arzulayanlar Bulat Nazarbayevi hakimiyyətə gətirməlidir” –Ermek Tayçibekov

 

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qazaxıstanda keçirilmiş son prezident seçkilərindən sonra yeni hakimiyyətin daxili və xarici siyasətində gözlənilən mümkün dəyişiklikləri dəyərləndirən Qazaxıstanlı tanınmış dissident Ermek Tayçibekov deyib.

– Qazaxıstanda keçirilən son prezident seçkilərini necə qiymətləndirirsiz? Tokayevin seçilməsindən sonra ölkənin daxili və xarici siyasətində nələr dəyişə bilər?

– İyunun 3-də keçirilən prezident seçkilərinin əvvəlkilərdən daha demokratik olduğunu söyləmək mümkündür. Kasım-Jomart Tokayev qarşıdakı bir-iki illik keçid müddəti üçün nəzərdə tutulan dekorativ siyasi fiqurdur. Yəni onun prezident postuna gətirilməsində əsas məqsəd bir müddətdən sonra hakimiyyətin Elbaşının (Nursultan Nazarbayev) ailə üzvlərindən birinə – ya parlamentin yuxarı palatasının sədri olan Dariqe Nazarbayevaya, ya da Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Samat Satıbaldiyevə ötürülməsini təmin etməkdir.

Əlbəttə ki, Nazarbayevlə müqayisədə Tokayev Rusiyaya daha çox meyllənir.

– Tokayevin Ermənistan haqqında isti fikirləri Azərbaycanda kəskin reaksiya doğurub. Ermənistan Qazaxıstan üçün bu qədər vacib tərəfdaşdır?

– Real baxsaq, Ermənistan Qazaxıstan üçün heç vaxt Azərbaycan qədər vacib tərəfdaş ola bilməz. Ancaq bunu da qeyd etmək lazım gəlir ki, beynəlxalq erməni lobbisi Azərbaycan lobbisindən daha güclüdür. Ona görə də Tokayevin ermənilərə yönəlik bu reveransının Ermənistana deyil, beynəlxalq erməni lobbisinə ünvanlandığını söyləmək mümkündür. Tokayev bununla öz statusunu legitimləşdirmək niyyətini güdür.

– Nazarbayev dönəmində Qazaxıstanın Azərbaycan və Türkiyə ilə çox sıx siyasi-iqtisadi əlaqələri qurulub. Tokayevin bu ölkələrə, ümumilikdə Türk dünyasına münasibəti necə olacaq?

– Nazarbayev bir şəxsiyyət olaraq, qatı ukrainofil, İslamçı və pantürkistdir. Məhz onun baxışları sayəsində əvvəllər o qədər də dindar olmayan qazax cəmiyyətində dinə güclü meyl yaranıb. Eyni zamanda, cəmiyyətdə pantürkist və ukraynameylli "rusofob” ovqat da kifayət qədər güclənib. Sözsüz ki, Tokayev özlüyündə Elbaşıdan xeyli fərqlənir.

Ona görə də, Qazaxıstanın Azərbaycan və Türkiyə ilə münasibətlərində dəyişikliklər gözlənilir. Lakin bu dəyişikliklər köklü xarakter daşımayacaq. Əgər, Azərbaycan və Türkiyə Orta Asiyada öz geosiyasi kombinasiyalarını qurmaq istəyirlərsə, o zaman Elbaşının qardaşı Bulat Nazarbayevin hakimiyyətə gətirilməsinə dəstək verməlidirlər. Bulat Nazarbayev əqidəli və Türkiyəyönümlü pantürkistdir. O, hakimiyyətə gələrsə, Qazaxıstan Türkiyə üçün "İkinci Azərbaycan” olacaq.

Qafqaz Ömərov

www.yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300