Ötən dövrlərdə açıq-aşkar qumar oyunları ancaq «Topaz» məntəqələrində həyata keçirilirdi. Milli Məclis səviyyəsində buna icazə verildiyindən təbii ki, onların fəaliyyətinə heç kim müdaxilə etmirdi. Amma təəssüflər olsun ki, son vaxtlar paytaxtda ayrı-ayrı adamlara məxsus qumarxanalar açılıb, fəaliyyət göstərməyə başlayıb.Onların günlük gəliri isə minlərlə manat olduğu deyilir. Əsasən loto oyunları həyata keçirilən belə məkanlara nə hüquq-mühafizə orqanı əməkdaşları, nə də digər əlaqədar qurumların nümayəndələri müdaxilə eir. Elə buna görə də, belə məkanlar şəhərimizdə günü-gündən artır. Mehman, İqbal kimi qumarxana sahiblərinin sırasına biri də bu günlərdə əlavə edildi. Serhed.info xəbər verir ki, Nərimanov rayonunda yerləşən «Montata» adlı klub müştərilərini sürprizlərlə «sevindirir».

Qeyd edək ki, əvvəllər Binəqədi rayonunda fəaliyyətə başlanmış qumarxana şəbəkəsinin paytaxtın digər rayonlarına sirayət etməsi işbazlara əlavə fürsətlər verdi. Elə ona görə də, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində «Montana» Klub fəaliyyətə başladı. Sahibinin əslən Ağdamdan olduğu deyilən şəxsin rayon rəhbərliyi ilə dil tapdığı vurğulanır. Hətta rəhbərliyə qazancdan faiz çatdığı da söylənilən məlumatlar sırasındadır. İcra Hakimiyyəti başçısı səviyyəsində razılıq verildiyi deyilən məkana hansısa dövlət qurumunun belə müdaxiləsinə imkan verilmir. Deyilənə görə, bu məkandan əldə edilən gəlir müxtəlif məqsədlər üçün xərclənərək, büdcədən gizlədilir. Buna isə Klub rəhbərinin imkanlı dostları şərait yaradır.(serhed.info)

montana klub

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300