''AAAF-İnşaat'' MMC 54 min manatımı qaytarmır''

 

Məhkəmə pulun qaytarılmasına görə Qətnamə də çıxarıb, ancaq şirkət icra etmir

 

"5 ildən çoxdur ki, məhkəmələrdə qalmışam, məhkəməni udsam da, qərar icra olunmur”.

 

Bakı sakini Mücahid Qocayev 6 il əvvəl "AAAF-İnşaat” MMC-yə 54 min manat ödəyərək Xırdalan şəhərində şirkət tərəfindən tikilməkdə olan "AAAF PARK” yaşayış kompleksindən 4 otaqlı mənzil alıb. Şirkət ona mənzili 6 ay ərzində tam hazır şəkildə təhvil verəcəyini şifahi vəd edib. Ancaq Mücahid Qocayev mənzilin təhvil verilməsini 2 ildən çox gözləyib. Sonra da şirkətə müraciət edərək müqavilənin pozulmasını, pullarının geri qaytarılmasını tələb edib. Şirkət tələbi yerinə yetirmədiyi üçün Mücahid Qocayev məhkəməyə müraciət edib. "AAAF İnşaat” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsini, ödədiyi 54 min manatın qaytarılmasını və 2 il ərzində kirayədə yaşadığı üçün kirayəhaqqı olaraq ödədiyi 7200 manatın şirkət tərəfindən ona ödənilməsini iddia edib. Şirkətin nümayəndələri məhkəmədə iştirak etməyib.

 

Məhkəmə iddianı təmin edib

 

Məhkəmə qiyabi Qətnaməylə iddianı tam təmin edib. Bundan sonra şirkət eyni məhkəməyə müraciət edərək əvvəlki məhkəmədə üzrlü səbəbdən iştirak etmədiyini bildirib və Qətnaməni ləğv etdirərək işə yenidən baxılmasına nail olub. Budəfəki məhkəmədə iddianın tərəflər arasındakı müqavilənin ləğvi 54 min manatın Mücahid Qocayevə qaytarılması hissəsi təmin olunub. Kirayəhaqqı kimi ödənilmiş 7200 manatın vətəndaşa ödənilməsi hissəsi təmin olunmayıb. Şirkət məhkəmə Qətnaməsindən yuxarı instansiya məhkəmələrinə apelyasiya və kassasiya şikayətləri versə də, təmin olunmayıb. Nəhayət, məhkəmə qərarı icraya yönəldilib. Ancaq Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ötən ilin dekabr ayından qərarı icra edə bilmirlər.

 

"Şirkət deyir, əmlakım da yoxdur, pulum da...”

 

Mücahid Qocayev danışır: "İcra məmurları deyir ki, şirkətin vergiyə 2 milyon manat borcu var, hesabında isə pul yoxdur. Mən də tələb edirəm ki, pulu yoxdursa, icra əmlaka yönəldilsin, şirkətin əmlaklarından biri satılsın, mənim 54 min manatım ödənilsin. Şirkətsə deyir, guya əmlakı da yoxdur. Gülməlisi odur ki, şirkət o boyda "AAAF Park” yaşayış şəhərciyi tikib, ancaq yalandan deyir, orda mülküm yoxdur. Elə vaxtilə mənə satdıqları və sonradan heri qaytardığım dördotaqlı mənzilin indi azı 90 min manat qiyməti var, şirkətin həmin mənzili 54 min manata satıb, mənim pulumu qaytarmaq imkanı var. Onu da satmır, deyir ki, o, sənin evindir. Məhkəmə Qətnaməsi ilə həmin mənzilə dair alqı-satqı müqaviləm ləğv olunub, məhkəmə bunların üzərinə öhdəlik qoyub ki, adamın pulunu qaytarın, bunlarsa deyir, yox ki, yox, müqavilə qüvvədədir, ev də sənindir”.

 

Şirkət deyir, mənzil satışa çıxarılıb

 

Mücahid Qocayev deyir, şirkət onun pulunu qaytarmadıqca, zərəri ona dəyir: "Mən şirkətə 54 min manatı ödəyəndən sonra manat iki dəfə devalvasiyaya uğrayıb. Şirkət illərdir ki, vaxtı qəsdən uzadır. Bununla da vətəndaşın daha çox zərərə düşməsinə nail olmaq istəyir. Əgər bir şirkət üç məhkəmənin qərarını saymayacaqsa, o məhkəmələrin qərarları icra olunmayacaqsa, vətəndaş eyni əziyyəti çəkəcəksə, illərlə davam edən məhkəmələr nəyə görədir? Məhkəmələr dövlətin adından Qətnamə çıxarır, hansısa şirkətin sahibi o Qətnaməni icra etməməklə açıq-aşkar göstərir deyir ki, "Qətnamə-filan saymıram, dövləti də, məhkəməni də vecimə almıram”.


 

Ali Məhkəmə qərarı

Mənbə: meydan.tv

 

Abşeron rayon Probasiya və İcra Şöbəsindən bildirilib ki, məhkəmə qərarının icrası ilə bağlı "AAAF-İnşaat” MMC-yə dəfələrlə müraciət olunsa da, şirkət hesabında pul vəsaiti olmadığını bildirir. Şirkət yaxın vaxtlarda qərarı icra etməsə, icra məmurları şirkətlə bağlı müvafiq qanuni addımlar atacaq.

 

"AAAF İnşaat” MMC-dən Meydan TV-yə bildirilib ki, mənzil satışa çıxarılıb. Əldə olunacaq pul mənzil satıldığından 7 gün ərzində Mücahid Qocayevin hesabına köçürüləcək.

 

Mücahid Qocayevsə mənzilin satışa çıxarıldığına inanmır: "Mənzil satışa çıxarılıbsa, açarları məndən niyə geri alınmayıb? Məhkəmə qərarı olmasına baxmayaraq, müqaviləni də ləğv etməyiblər. Müqavilə mənim adımda ola-ola mənzili satışa çıxara bilməzlər. Sadəcə, vaxt uzadırlar,” - Mücahid Qocayev bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300