İran ordusunun baş qərargah rəisi ABŞ-ı təhdid etdi: "Düşmənlərimiz bilsin ki..."

 

"Düşmənlərimiz bilməlidir ki, İran ordusu düşmənlərinin, xüsusilə, ABŞ hökumətinin hiylələrini və macəraçı davranışlarını izləyir. ABŞ-ın xain təhdidlərinə qarşı çıxmağın yaratdığı yeni şərtlər bütün iranlıları ayıq-sayıq olmağa təşviq edir”.

Publika.az xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bakıri deyib.

İRNA-nın xəbərinə görə, Bakıri "Müqavimət və Zəfər Günü” bayramı və Hürrəmşəhr şəhərinin azadlığı ildönümü münasibətilə mesaj yayımlayıb.

Baş qərargah rəisi 8 il davam edən İran-İraq müharibəsi zamanı İraq qüvvələri tərəfindən 19 ay işğal altında saxlanan Hürrəmşəhr şəhərinin 24 may 1982-ci ildə azad edilməsini İrannın Milli müqavimət və zəfər günü olduğunu qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300