"Leş mafiyası”nı durdurmaq olmur -Gəncəyə aparılan inək cəsədi...

 

Ekspert həmin inəyin harada məhv edilməsi sualına aydınlıq gətirilməsini istədi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisində vətəndaş Musa Cavad oğlu Cəfərova məxsus avtomobilin yük yerinə baxış keçiriblər. Avtomobildə diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. AQTA-dan foodinfo-ya verilən məlumata görə, ölmüş heyvan cəmdəyindən daxili orqanlarının çıxarıldığı müəyyən olunub.

İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədilə Qazaxdan Gəncəyə daşındığı məlum olub. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanan heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaà Ÿları daxil olan məlumat əsasında Qazax rayonu, Aà Ÿağı Salahlı kəndi ərazisində ile ilgili görsel sonucu

 

Ölkə ərazisində qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran şəbəkənin varlığı haqda illərdir ki, məlumatlar dolaşır. "Leşyığanlar mafiyası”, "Leş mafiyası” adlandırılan şəbəkəyə qarşı atılan addımlar yetərsiz görünür. Digər tərəfdən də ölkədə qida sektorunda illərlə davam edən nəzarətsizlik bu sahənin "əl-qol” açmasına, şaxələnməsinə, kök atmasına səbəb olub. Ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Hər ötən il dövriyyədən tonlarla murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədən çıxarılmayan, dövlət qurumlarının nəzarətindən kənar qala bilən belə murdar ətlər isə rəsmi statistikanı 10-20 dəfə, bəlkə də artıq üstələyir. Son nəticədə belə ətlər evlərimizə kolbasa, sosis halında, restoranlarda süfrələrə lüləkabab, digər təamlar, küçələrdə dönər şəklində çıxır. Qeyri-şəffaf mühitin yaratdığı mənzərə hazırda budur.

Bəs aşkarlanan bu murdar ətlər, ümumiyyətlə, istifadəyə yararsız qidalar necə məhv edilir?

Eyyub Hüseynov ile ilgili görsel sonucu

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, hər gün Azərbaycanda 10 tonlarla mal, yəni qida məhsulu istifadəyə yararsız hala gəlir, istifadə müddəti keçir:"Belə malların, qidaların sənəd üzərində ləğv olunması qeyd edilir. Azad İstehlakçılar Birliyi 22 ildir fəaliyyətdədir, cəmi 2 dəfə belə prosesə şahidlik etmişəm. Baxmayaraq ki, dəfələrlə məsələ qaldırılıb ki, məhvetmə prosesində KİV nümayəndələri, ictimaiyyət təmsilçilərinin iştirakı təmin olunsun. Lakin bu məsələyə əhəmiyyət verən şirkət demək olar ki, yoxdur. Şirkətlər belə məhvetmə prosesinin onların prestijinin artmasına xidmət edəcəyini heç düşünmürlər. 1 dəfə Vergilər Nazirliyi və 1 dəfə də Gömrük Komitəsi belə tədbir keçirib. Vaxtı keçmiş mallar aşkar olunduqda dövlət orqanları aktla malı satana təhvil verirlər. Həmin şəxslər də bir saxta sənəd tərtib edib verirlər ki, mal məhv olundu. Vəssalam. Yəni malın məhv edilməsi prosesi qeyri-şəffafdırsa, kim zamanət verə bilər ki, həmin mal geriyə - piştaxtaya qayıtmayacaq?”

AİB sədri deyir ki, belə qeyri-şəffaf mühitin aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanlayıb:"Lakin Qida Təhlükəsizliyi Agentliyi ictimai təşkilatlarla iş görmək istəmir. Qeyri-şəffaf mühit qaldıqca şübhələrə də son qoyulmayacaq. Belə hallar aşkar edilibsə, Qazaxda satış üçün heyvan leşi aşkar olunubsa, ictimai məhvetmə təşkil edilməlidir. Hər kəs satıcının da, Gəncədə həmin malı sifariş verən şəxsin kimliyini də bilməlidir. Bilməlidir ki, Qazaxda ölən heyvanı Gəncədəki hansı restoran, hansı kafe, hansı dönərxana sifariş edib. Hamı inanmalıdır ki, aşkar olunan cəsəd məhv olunub. Bunlar olmadıqca, əsaslı şübhələr də qalacaq. Təəssüf ki, bu gün Azərbaycanda təhlükəli qidanın son ünvanı yenə də biz istehlakçılarıq”.

Elşən MƏMMƏDƏLİYEV, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300