Ramazan ayı, Oruc tutmaq və Fitr bayramı

Ramazan ayı, Oruc tutmaq və Fitr bayramı (Səhifeyi Səccadiyyə-də)

Mərhəmətli, rəhimli Allahın adı ilə! Səhifeyi Səccadiyyə dördüncü imam Hz. Əli ibn Hüseyn,

Səccadın (ə.s) dualarından təşəkkül tapmış kitabdır. Kitabın əsas mövzusu dualar və dualar

məzmunca düzgün etiqadi məsələlər, fiqhi hökmlər və əxlaqi qaydalardan ibarətdir. İslam

dininin eləcə də Şiə aləminin əsas möhkəm dini ədəbiyyatı və dini biliklərin mənbəyi (qaynağı)

sayılan bu kitabda dini müxtəlif sahələr üzrə araşdırmaq mümkündür. Ümumiyyətlə Ramazan

ayı haqqında olan məlumatları müfəssəl şəkildə öyrənmək üçün Səhifeyi-Səccadiyyənin 44-cü və

45-ci dualarına müraciət etmək lazımdır. Bu yazıda Ramazan ayı, ayın fəzilətləri və faydaları, bu

ayda yerinə yetirilməsi vacib və müstəhəb olan əməllər, orucun vaxtı, əhkamı, muftiratı,

dərəcələri və Fitr bayramı və sair mövzulara dair duaların tərcüməsini təqdim edirik.

Ramazan ayında Quran nazil olub:

وَ الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَمِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُشَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّيَامِ، وَشَهْرَ الْإِسْلَامِ، وَ شَهْرَ الطَّهُورِ،وَ شَهْرَ التَّمْحِيصِ، وَشَهْرَ

الْقِيَامِ‏الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدىًلِلنَّاسِ، وَ بَيِّناتٍ مِنَالْهُدى‏ وَ الْفُرْقان‏

İmam Səccad (ə.s) bu duada mübarək ramazan ayını vəsf edir (ramazan ayının sifətlərini izah

edir). Ramazan ayı yetdikdə belə dua edərdi: "Özünə həmd etməyi bizə yolgöstərən Allaha həmd

olsun, həmd etməyə layiq görənə yol göstərdi ki, ehsanına şükür edənlərdən olaq…Ehsan

yollarında hərəkətə gətirənə həmd olsun, bu cür etdi ki, lütfü ilə razılığına sarı hərəkət edək…

Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, islam ayı,

təharət ayı, imtahan ayı, qiyam ayı. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə

aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.

Ramazan ayının fəzilətləri:

فَأَبَانَفَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِبِمَا جَعَلَ لَهُ مِنَالْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَ الْفَضَائِلِ الْمَشْهُورَةِ،فَحَرَّمَ فِيهِ مَا أَحَلَّفِي غَيْرِهِ إِعْظَاماً، وَ حَجَرَ

فِيهِالْمَطَاعِمَ وَ الْمَشَارِبَ إِكْرَاماً،وَ جَعَلَ لَهُ وَقْتاًبَيِّناً لَا يُجِيزُ- جَلَّوَ عَزَّ- أَنْ يُقَدَّمَقَبْلَهُ، وَ لَا يَقْبَلُأَنْ يُؤَخَّرَ عَنْهُ. ثُمَّ فَضَّلَلَيْلَةً وَاحِدَةً مِنْ

لَيَالِيهِعَلَى لَيَالِي أَلْفِ شَهْرٍ، وَسَمَّاهَا لَيْلَةَ الْقَدْرِ، تَنَزَّلُ الْمَلائِكَةُ وَ الرُّوحُ فِيهابِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍسَلامٌ‏، دَائِمُ الْبَرَكَةِإِلَى طُلُوعِ الْفَجْرِ

عَلَىمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ…

"Quran i-Kərimi insanların hidayəti üçün nazil etdi və bununla Ramazan ayının başqa aylardan

üstün olub ondakı hörmətlərlə bol etdi. Onu əziz tutmaq üçün onda yemək-içməyi qadağan etdi,

(Ayın hörməti üçün digər aylarda halal sayılan şeyləri haram buuyurdu. Yemək və içməyi

qadağan etdi.) (tez yaxud gec olmaması üçün) onun üçün müəyyən bir zaman qərar verdi ki,

izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul

etmir, sonra gecələrinin birini başqa bir ayın gecələrindən üstün etdi və onu qədr gecəsi

adlandırdı, (Gecələrindən birini min aydan daha xeyirli etdi və onu qədr gecəsi adlandırdı. O

gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək

dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə

dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla

nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın

müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət

etmək lazımdır!)) o gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin əmri (izni) ilə hər bir iş üçün nazil

olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağaranadək daim bərəkət

əmin-amanlıqdır. İmam Səccad (ə.s) Ramazan ayının saysız-hesabsız fəzilətini və faydalarını

nəzərə alaraq dua edir və Allahdan istəyir ki, bu ayın fəzilətlərini bilmək və hörmətini saxlamağı

bizə nəsib etsin.

 

وَ أَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلَالَ حُرْمَتِهِ…

 

Ramazan ayı diğər aylardan üstündür və seçilmiş aydır:

اللَّهُمَّوَ أَنْتَ جَعَلْتَ مِنْصَفَايَا تِلْكَ الْوَظَائِفِ، وَخَصَائِصِ تِلْكَ الْفُرُوضِ شَهْرَرَمَضَانَ الَّذِي اخْتَصَصْتَهُ مِنْسَائِرِ الشُّهُورِ، وَ تَخَيَّرْتَهُ مِنْ

جَمِيعِالْأَزْمِنَةِ وَ الدُّهُورِ، وَآثَرْتَهُ عَلَى كُلِّ أَوْقَاتِالسَّنَةِ بِمَا أَنْزَلْتَ فِيهِمِنَ الْقُرْآنِ وَ النُّورِ، وَضَاعَفْتَ فِيهِ مِنَ الْإِيمَانِ،وَ فَرَضْتَ فِيهِ مِنَ

الصِّيَامِ،وَ رَغَّبْتَ فِيهِ مِنَ الْقِيَامِ،وَ أَجْلَلْتَ فِيهِ مِنْ لَيْلَةِالْقَدْرِ الَّتِي هِيَ‏ خَيْرٌمِنْ أَلْفِ شَهْرٍ.

 

Ey mənim Rəbbim, Sə o vəzifələrin ən safını, vacib olan işlərin ən üstününü Ramazan ayı qərar

verdin ki, onus air aylar arasından seçdin, bütün zaman və əsrlər arasından ixtiyar etdin, ilin

bütün vaxtlarından fəzilətli etdin, onda Quran və nur nazil etdiyin üçün bu ayda imanı bir neçə

bərabər etdiyinə görə, onda oruc tutmağı vacib buyurub o ayda gecəni oyaq qalmağı

rəğbətləndirib min Aydan üstün olan Qədr gecəsini onda qərar verdin

Ramazan ayı və müsəlmanların üstünlüyü:

ثُمَّآثَرْتَنَا بِهِ عَلَى سَائِرِالْأُمَمِ، وَ اصْطَفَيْتَنَا بِفَضْلِهِدُونَ أَهْلِ الْمِلَلِ، فَصُمْنَابِأَمْرِكَ نَهَارَهُ، وَ قُمْنَا بِعَوْنِكَلَيْلَهُ، مُتَعَرِّضِينَ بِصِيَامِهِ وَ قِيَامِهِ لِمَا

عَرَّضْتَنَالَهُ مِنْ رَحْمَتِكَ…

"Bizə də keçmiş ümmətlərindən üstünlük verdin, lütfü sayəsində bizi bütün millətlər arasından

seçdin, beləliklə sənin əmrinlə gün düzünü oruc tutduq, gecəsində Sənin yardımınla ibadətə

qalxdıq, oruc və n amaz ilə bizə hazırladığın rəhmətini tələb etdik…”

Ramazan ayında günahlardan çəkinmək lazımdır:

حَتَّىلَا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَلَا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَحَتَّى لَا نَبْسُطَ أَيْدِيَنَاإِلَى مَحْظُورٍ، وَ لَا نَخْطُوَبِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَ

حَتَّىلَا تَعِيَ بُطُونُنَا إِلَّامَا أَحْلَلْتَ، وَ لَا تَنْطِقَأَلْسِنَتُنَا إِلَّا بِمَا مَثَّلْت‏…

"Bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına

tələsməyək, əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerlərə addım atmayaq,

qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə

açılmasın

Ramazan ayı "təzkiyə” ayıdır:

…وَأَنْ نَتَقَرَّبَ إِلَيْكَ فِيهِ مِنَ الْأَعْمَالِالزَّاكِيَةِ بِمَا تُطَهِّرُنَا بِهِمِنَ الذُّنُوبِ، وَ تَعْصِمُنَا فِيهِمِمَّا نَسْتَأْنِفُ‏مِنَ الْعُيُوبِ، حَتَّىلَا يُورِدَ عَلَيْكَ أَحَدٌ

مِنْمَلَائِكَتِكَ إِلَّا دُونَ مَانُورِدُ مِنْ أَبْوَابِ الطَّاعَةِلَكَ، وَ أَنْوَاعِ الْقُرْبَةِإِلَيْك‏…

"…Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə

eyblərdən saxla ki, mələklərdən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli

bir əməl təqdim etməsinlər…”

Ramazan ayı və dinin adabı:

وَ وَفِّقْنَا فِيهِ لِأَنْ نَصِلَأَرْحَامَنَا بِالْبِرِّ وَ الصِّلَةِ، وَأَنْ نَتَعَاهَدَ جِيرَانَنَا بِالْإِفْضَالِ وَ الْعَطِيَّةِ، وَأَنْ نُخَلِّصَ أَمْوَالَنَا مِنَ التَّبِعَاتِ، وَأَنْ نُطَهِّرَهَا

بِإِخْرَاجِالزَّكَوَاتِ، وَ أَنْ نُرَاجِعَمَنْ هَاجَرَنَا، وَ أَنْ نُنْصِفَمَنْ ظَلَمَنَا، وَ أَنْ نُسَالِمَمَنْ عَادَانَا حَاشَى مَنْ عُودِيَفِيكَ وَ لَكَ، فَإِنَّهُالْعَدُوُّ الَّذِي

لَانُوَالِيهِ، وَ الْحِزْبُ الَّذِيلَا نُصَافِيه‏…

"Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu

ilə ehsan edək, mallarımızı (əmlakımızı) mübahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak

edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmən lə mülayim

davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın.

Duanın bu bölməsində qohumlarla münasibətin keyfiyyəti və qonşularla davranış qaydaları

açıqlanıb. Həmçinin İmam (ə.s) buyurur ki, xums və zəkat əmlakın paklanmasına səbəb olur.

Bəlkə də İmam (ə.s) bu məsələni Qurani-Kərimin ayəsinə istinad etmişdir: "(Ya Rəsulum!)

Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş

(mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan…”

Ramazan İlahi məğfirət və əzabdan qurtuluş ayı:

…وَامْحَقْ ذُنُوبَنَا مَعَ امِّحَاقِ هِلَالِهِ،وَ اسْلَخْ عَنَّا تَبِعَاتِنَامَعَ انْسِلَاخِ أَيَّامِهِ حَتَّى يَنْقَضِيَ عَنَّاوَ قَدْ صَفَّيْتَنَا فِيهِمِنَ الْخَطِيئَاتِ، وَ أَخْلَصْتَنَا فِيهِ

مِنَالسَّيِّئَات‏…

"…Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və Ramazan ayının sona yetməsi

ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən

uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla xətalarımızı pak etməklə bitsin…”

Ramazan ayında çoxlu itaət etmək və qəflətdən uzaq olmaq:

اللَّهُمَّاشْحَنْهُ بِعِبَادَتِنَا إِيَّاكَ، وَ زَيِّنْ أَوْقَاتَهُبِطَاعَتِنَا لَكَ، وَ أَعِنَّافِي نَهَارِهِ عَلَى صِيَامِهِ، وَفِي لَيْلِهِ عَلَى الصَّلَاةِ وَالتَّضَرُّعِ إِلَيْكَ، وَ الْخُشُوعِ

لَكَ،وَ الذِّلَّةِ بَيْنَ يَدَيْكَ حَتَّىلَا يَشْهَدَ نَهَارُهُ عَلَيْنَا بِغَفْلَةٍ، وَ لَا لَيْلُهُبِتَفْرِيطٍ

 

"Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir,

gündüzündə oruc tutmağa, gecəsində Sənin hüzurunda n amaz qılıb nalə etməyə, qarşında təslim

olmağa yardım et ki, gündüzü qəflətimizə gecəsi də təqsirimizə şahid olmasın”

Gələcək (gələn ilin) ramazanı dərk etmək (görmək) diləyi (arzusu):

وَ أَوْجِبْ لَنَا عُذْرَكَ عَلَىمَا قَصَّرْنَا فِيهِ مِنْ حَقِّكَ،وَ ابْلُغْ بِأَعْمَارِنَا مَابَيْنَ أَيْدِينَا مِنْ شَهْرِ رَمَضَانَالْمُقْبِلِ، فَإِذَا بَلَّغْتَنَاهُ فَأَعِنِّاعَلَى تَنَاوُلِ مَا

أَنْتَأَهْلُهُ مِنَ الْعِبَادَةِ، وَأَدِّنَا إِلَى الْقِيَامِ بِمَايَسْتَحِقُّهُ مِنَ الطَّاعَةِ…

"Haqqını ödəməməklə səhlənkarlıq göstərdiyimiz üçün üzrümüzü qəbul et, gələcək ömrümüzü

gələcək ramazana çatdır, ona yetirdiyin zaman ona Sənə layiq olduğu kimi ibadət etməyimizə

yardım göstər, o aya layiqli şəkildə itaət etməyimizə kömək et…”

"Ramazan əhli” olmaq və Ramazan ayı ilə "vida”-laşmaq:

فَنَحْنُمُوَدِّعُوهُ وِدَاعَ مَنْ عَزَّفِرَاقُهُ عَلَيْنَا، وَ غَمَّنَا وَأَوْحَشَنَا انْصِرَافُهُ عَنَّا، وَ لَزِمَنَالَهُ الذِّمَامُ الْمَحْفُوظُ، وَ الْحُرْمَةُ الْمَرْعِيَّةُ،وَ الْحَقُّ

الْمَقْضِيُّ،فَنَحْنُ قَائِلُونَ:

السَّلَامُعَلَيْكَ يَا شَهْرَ اللَّهِ‏الْأَكْبَرَ، وَ يَا عِيدَأَوْلِيَائِهِ

السَّلَامُعَلَيْكَ يَا أَكْرَمَ مَصْحُوبٍمِنَ الْأَوْقَاتِ، وَ يَا خَيْرَشَهْرٍ فِي الْأَيَّامِ وَالسَّاعَاتِ

السَّلَامُعَلَيْكَ مِنْ شَهْرٍ قَرُبَتْفِيهِ الْآمَالُ، وَ نُشِرَتْ فِيهِالْأَعْمَالُ

السَّلَامُعَلَيْكَ مِنْ قَرِينٍ جَلَّقَدْرُهُ مَوْجُوداً، وَ أَفْجَعَ فَقْدُهُمَفْقُوداً، وَ مَرْجُوٍّ آلَمَفِرَاقُهُ

السَّلَامُعَلَيْكَ مِنْ أَلِيفٍ آنَسَمُقْبِلًا فَسَرَّ، وَ أَوْحَشَ مُنْقَضِياًفَمَضَّ

السَّلَامُعَلَيْكَ مِنْ مُجَاوِرٍ رَقَّتْفِيهِ الْقُلُوبُ، وَ قَلَّتْ فِيهِالذُّنُوبُ

السَّلَامُعَلَيْكَ مِنْ نَاصِرٍ أَعَانَعَلَى الشَّيْطَانِ، وَ صَاحِبٍ سَهَّلَسُبُلَ الْإِحْسَانِ

السَّلَامُعَلَيْكَ مَا أَكْثَرَ عُتَقَاءَاللَّهِ فِيكَ، وَ مَاأَسْعَدَ مَنْ رَعَى حُرْمَتَكَبِكَ!

السَّلَامُعَلَيْكَ مَا كَانَ أَمْحَاكَلِلذُّنُوبِ، وَ أَسْتَرَكَ لِأَنْوَاعِالْعُيُوبِ!

السَّلَامُعَلَيْكَ مَا كَانَ أَطْوَلَكَعَلَى الْمُجْرِمِينَ، وَ أَهْيَبَكَ فِيصُدُورِ الْمُؤْمِنِينَ!

السَّلَامُعَلَيْكَ مِنْ شَهْرٍ لَاتُنَافِسُهُ الْأَيَّامُ.

السَّلَامُعَلَيْكَ مِنْ شَهْرٍ هُوَمِنْ كُلِّ أَمْرٍ سَلَامٌ

السَّلَامُعَلَيْكَ غَيْرَ كَرِيهِ الْمُصَاحَبَةِ،وَ لَا ذَمِيمِ الْمُلَابَسَةِ

السَّلَامُعَلَيْكَ كَمَا وَفَدْتَ عَلَيْنَابِالْبَرَكَاتِ، وَ غَسَلْتَ عَنَّادَنَسَ الْخَطِيئَاتِ

السَّلَامُعَلَيْكَ غَيْرَ مُوَدَّعٍ بَرَماًوَ لَا مَتْرُوكٍ صِيَامُهُسَأَماً

السَّلَامُعَلَيْكَ مِنْ مَطْلُوبٍ قَبْلَوَقْتِهِ، وَ مَحْزُونٍ عَلَيْهِقَبْلَ فَوْتِهِ

السَّلَامُعَلَيْكَ كَمْ مِنْ سُوءٍصُرِفَ بِكَ عَنَّا، وَكَمْ مِنْ خَيْرٍ أُفِيضَبِكَ عَلَيْنَا

السَّلَامُعَلَيْكَ وَ عَلَى لَيْلَةِالْقَدْرِ الَّتِي هِيَ خَيْرٌمِنْ أَلْفِ شَهْرٍ

السَّلَامُعَلَيْكَ مَا كَانَ أَحْرَصَنَابِالْأَمْسِ عَلَيْكَ، وَ أَشَدَّ شَوْقَنَاغَداً إِلَيْكَ

السَّلَامُعَلَيْكَ وَ عَلَى فَضْلِكَالَّذِي حُرِمْنَاهُ، وَ عَلَى مَاضٍمِنْ بَرَكَاتِكَ سُلِبْنَاهُ.

اللَّهُمَّإِنَّا أَهْلُ هَذَا الشَّهْرِالَّذِي شَرَّفْتَنَا بِهِ، وَ وَفَّقْتَنَابِمَنِّكَ لَهُ حِينَ جَهِلَالْأَشْقِيَاءُ وَقْتَهُ، وَ حُرِمُوا لِشَقَائِهِمْفَضْلَهُ.

"Həqiqətən də bu ay bizim yanımızda bəyənilmiş, bizimlə sevilən həmnişin idi. Bizim üçün

aləmin ən üstün mənfəətini sovqat gətirdi, vaxtın sona çatdığı zaman, müddətin bitdiyi,

günlərinin tamamlandığından sonra bizdən ayrıldı, indi onunla vidalaşırıq, hicranı qəmimizi

artıran bir kəslə vidalaşdığımız kimi, üz çevirməyi bizi vəhşətə düçar etdiyi halla və bizim

üzərimizdə qırılmayan bir əhdi, hörmətinə diqqət yetirməyimiz, haqq və lazımdır və buna görə

də deyirik:

Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə.

Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey günlər və saatlar arasında ən üstün ay, salam olsun sənə

Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam

olsun sənə.

Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə

Ey ümid mayası, ey ayrılğı çətin olan, salam olsun sənə.

Ey üz gətirdikdə bizi şadlandıran munis, ötdükcə qorxunu və əzablı olan ay salam olsun sənə.

Ey qəlblər sənin yanında yumşalan günahlar səndə azalan ay, salam olsun sənə.

Ey şeytanla mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamar və asanlaşdıran ay, salam

olsun sənə.

 

Allah tərəfindən səndə azad olanlar nə çoxdur, nə xoşbəxtdir o kəs ki, sənin vasitənlə hörmətini

riayət etdi, salam olsun sənə.

Çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub çoxlu eyblərimizi örtən ay, salam olsun sənə.

Zamanı günahkarlara çox olan, mömünlərin qəlbində böyük heybəti olan ay, salam olsun sənə.

Heç bir zamanın onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə.

Söhbəti xoşagəlməz olmayan, üzləşməyin əzəmətsiz olan ay, salam olsun sənə.

Bərəkəti ilə bizə gəlib günahlarımızın pisliklərini əməl dəftərimizdən silən ay, salam olsun sənə.

Səninlə vidalaşmağımız yorğunluq üzündən olmayan, orucdan ayrılmağımız usanmağımızdan

olmayan ay, salam olsun sənə,

Gəlməzdən öncə arzusunda olduğumuz getdiyindən sonra hicranından qəm-qüssəsində

olduğumuz ay, salam olsun sənə.

Nə çox pisliklər vasitəsilə bizdən aralı düşüb, bir çox yaxşılıqları bizə sarı yönəldən ay, salam

olsun sənə.

Salam olsun sənə və min aydan xeyirli olan Qədr gecəsinə.

Salam olsun sənə, və dünən necə də sənə qarşı könül vermişdik, sabah sənə necə də şövq

bəsləyəcik.

Sənə və məhrum olduğumuz fəzilətinə və bizdən alınan keçmiş bərəkətlərinə salam olsun.

Ey mənim Rəbbim! Biz bu ayın əhliyik. Onu dərk etməkdə bizə yardım göstərdin, bəxtlərinin

pisliyindən fəzilətindən məhrum olan halda bizə vasitəsilə şərəf verdiyin mərifətilə bizlərə

üstünlük verdiyinin ixtiyar sahibi Sənsən…”

Faydalı oruc tutmaq:

 

...وَلَا أَسْتَشْهِدُ عَلَى صِيَامِي نَهَاراً،وَ لَا أَسْتَجِيرُ بِتَهَجُّدِيلَيْلًا، وَ لَا تُثْنِيعَلَيَّ بِإِحْيَائِهَا سُنَّةٌ…

"(İlahi mənə əmr etdin və mən məhəl qoymadım. Qadağan etdin və mən o işə bulaşdım)…nə bir

günü oruc tutdum ki, şahid gətirəm, nə də bir gecəni oyaq qaldım ki, ona pənah aparam, nə də bir

sünnəti dirçəltdim ki, məni yaxşılıqla yad etsinlər…”

Bu dauya əsasən faydalı oruc, o orucdur ki, qiyamət günü onu şahid kimi təqdim etmək

mümkün olsun. Orucu batil edən şeylərə məhəl qoymamaq yaxud oruc tutduqdan sonra günah

etmək səbəbilə orucun savabını məhv etmək kimi amillərdən söz açılır.

Orucun hökmləri, vaxtı və orucu pozan şeylər (muftirat):

فَأَبَانَفَضِيلَتَهُ عَلَى سَائِرِ الشُّهُورِبِمَا جَعَلَ لَهُ مِنَالْحُرُمَاتِ الْمَوْفُورَةِ، وَ الْفَضَائِلِ الْمَشْهُورَةِ،فَحَرَّمَ فِيهِ مَا أَحَلَّفِي غَيْرِهِ إِعْظَاماً، وَ حَجَرَ

فِيهِالْمَطَاعِمَ وَ الْمَشَارِبَ إِكْرَاماً،وَ جَعَلَ لَهُ وَقْتاًبَيِّناً لَا يُجِيزُ- جَلَّوَ عَزَّ- أَنْ يُقَدَّمَقَبْلَهُ، وَ لَا يَقْبَلُأَنْ يُؤَخَّرَ عَنْهُ.

"(Qurani-Kərimi insanların hidayəti üçün nazil etdi və bununla Ramazan ayının başqa aylardan

üstün olub ondakı hörmətlərlə bol etdi). Onu əziz tutmaq üçün onda yemək-içməyi qadağan etdi,

(Ayın hörməti üçün digər aylarda halal sayılan şeyləri haram buuyurdu. Yemək və içməyi

qadağan etdi.) (tez yaxud gec olmaması üçün) onun üçün müəyyən bir zaman qərar verdi ki,

izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul

etmir…”

Bu duada oruc tutmağın vaxtı qeyd olunur və bildirilir ki, təyin olunmuş vaxtdan tez və gec

yerinə yetirilərsə oruc batildir. Həmçinin digər aylarda halal olan əməllər də Ramazan ayında

oruc tutduqda haram sayılır və orucu batil edir. Yemək və içmək kimi əməllər.

Həqiqi oruc bütün bədən əzasının orucu, (orucun üç dərəcəsi):

وَأَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلَالَ حُرْمَتِهِ،وَ التَّحَفُّظَ مِمَّا حَظَرْتَ فِيهِ،وَ أَعِنَّا عَلَى صِيَامِهِ بِكَفِّالْجَوَارِحِ عَنْ مَعَاصِيكَ، وَاسْتِعْمَالِهَا فِيهِ

بِمَايُرْضِيكَ حَتَّى لَا نُصْغِيَبِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَلَا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَحَتَّى لَا نَبْسُطَ أَيْدِيَنَاإِلَى مَحْظُورٍ، وَ لَا نَخْطُوَبِأَقْدَامِنَا إِلَى

مَحْجُورٍ،وَ حَتَّى لَا تَعِيَبُطُونُنَا إِلَّا مَا أَحْلَلْتَ،وَ لَا تَنْطِقَ أَلْسِنَتُنَاإِلَّا بِمَا مَثَّلْتَ، وَلَا نَتَكَلَّفَ إِلَّا مَا يُدْنِيمِنْ ثَوَابِكَ، وَ لَا نَتَعَاطَىإِلَّا الَّذِي

يَقِيمِنْ عِقَابِكَ، ثُمَّ خَلِّصْ ذَلِكَكُلَّهُ مِنْ رِئَاءِ الْمُرَاءِينَ،وَ سُمْعَةِ الْمُسْمِعِينَ، لَا نُشْرِكُ فِيهِأَحَداً دُونَكَ، وَ لَا نَبْتَغِيفِيهِ مُرَاداً سِوَاك‏

Ey mənim Rəbbim, bu ayın üstünlüyünü tanımağı, o ayda haramlardan çəkinməyi bizə ilham

et, onda oruc tutub oruc tutan bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı

 

qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq,

gözlərimizlə batilin tamaşasına tələsməyək, əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin

yerlərə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin

dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş

üçün səy göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək. Sonra bütün bunları

rıyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, bir cür ki,

kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.

İrfan alimləri oruc üçün üç dərəcə qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc.

"Ümumi oruc", yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək.

Amma "məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları

günahdan saxlamaq. Orucun bu mərtəbəsi barədə İmam Sadiq (ə.s) buyurur: "Oruc tutarkən

qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc

tutmayıb tox olduğun gün eyni olmasın.” Başqa bir xəbərdə buyurur: "Oruc tutarkən, riya,

mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut!" İslam Peyğəmbəri (s) eşidir ki, bir

nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir:

Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-

içməkdən çəkinmək deyil! Amma, "ən məxsus oruc" odur ki, qəlbin dünyanın pis fikirlərindən

oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi

yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi

fikirlərə uymaqdır. Hətta, bəzi irfan qəlblilər deyirlər: Hər kəs oruc vaxtı fikrini nə ilə iftar

edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın

zəif olmasının təsirindəndir. Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin

mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam

Peyğəmbərinə (s) buyurur: "De ki, Allah! Ondan başqasını kənara qoy!” Həmin mənada İmam

Sadiqin (ə.s) sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: "Oruc, dünya bəlalarından və

Axirət əzabından qalxan və örtükdür.”

Bu barədə "Orucun sirləri (və batini şərtləri)” ünvanlı yazıya müraciət edə bilərsiniz.

Düşünürəm ki, İmam Səccad (ə.s) orucun hər üç dərəcəsi barədə dua etməklə bizləri

maarifləndirmişdir.

Oruc tutan şəxs və mələklər:

وَ أَنْ نَتَقَرَّبَ إِلَيْكَفِيهِ مِنَ الْأَعْمَالِ الزَّاكِيَةِبِمَا تُطَهِّرُنَا بِهِ مِنَ الذُّنُوبِ،وَ تَعْصِمُنَا فِيهِ مِمَّا نَسْتَأْنِفُ‏مِنَ الْعُيُوبِ، حَتَّى لَا يُورِدَعَلَيْكَ أَحَدٌ مِنْ

مَلَائِكَتِكَإِلَّا دُونَ مَا نُورِدُمِنْ أَبْوَابِ الطَّاعَةِ لَكَ، وَ أَنْوَاعِالْقُرْبَةِ إِلَيْكَ…

"…Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə

eyblərdən saxla ki, mələklərdən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli

bir əməl təqdim etməsinlər…”

Oruc tutanlara and içmək:

اللَّهُمَّإِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذَا الشَّهْرِ،وَ بِحَقِّ مَنْ تَعَبَّدَلَكَ فِيهِ مِنِ ابْتِدَائِهِإِلَى وَقْتِ فَنَائِهِ: مِنْمَلَكٍ قَرَّبْتَهُ، أَوْ نَبِيٍّ أَرْسَلْتَهُ،أَوْ عَبْدٍ صَالِحٍ

اخْتَصَصْتَهُ،أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَ أَهِّلْنَا فِيهِلِمَا وَعَدْتَ أَوْلِيَاءَكَ مِنْ كَرَامَتِكَ، وَأَوْجِبْ لَنَا فِيهِ مَاأَوْجَبْتَ لِأَهْلِ الْمُبَالَغَةِ فِي

طَاعَتِكَ،وَ اجْعَلْنَا فِي نَظْمِ مَنِاسْتَحَقَّ الرَّفِيعَ الْأَعْلَى بِرَحْمَتِكَ.

"Ey mənim Rəbbim! Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə

başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə

yaxud seçdiyin bir saleh bəndəyə and verirəm ki, Muhəmməd və onun Əhli-beytinə salam yetir!

Bu ayda bizi övliyalarına verdiyin vədə layiq et! Itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə

nəsib et! Rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlarea yetənlərin zümrəsində qərar

ver!”

Oruc tutanların savabını istəmək:

 

…وَاكْتُبْ لَنَا مِثْلَ أُجُورِمَنْ صَامَهُ، أَوْ تَعَبَّدَ لَكَفِيهِ إِلَى يَوْمِ الْقِيَامَةِ.

 

"Ey məni Rəbbim! Bizim üçün qiyamətədək oruc tutanların, onda Sənə bəndəlik edənlərin əcrini

yaz!”

Fitr bayramının xüsusiyyətləri və bayramda tövbə:

اللَّهُمَّإِنَّا نَتُوبُ إِلَيْكَ فِييَوْمِ فِطْرِنَا الَّذِي جَعَلْتَهُ لِلْمُؤْمِنِينَعِيداً وَ سُرُوراً، وَلِأَهْلِ مِلَّتِكَ مَجْمَعاً وَ مُحْتَشَداً مِنْكُلِّ ذَنْبٍ أَذْنَبْنَاهُ، أَوْسُوءٍ

أَسْلَفْنَاهُ،أَوْ خَاطِرِ شَرٍّ أَضْمَرْنَاهُ،تَوْبَةَ مَنْ‏ لَا يَنْطَوِيعَلَى رُجُوعٍ إِلَى ذَنْبٍ،وَ لَا يَعُودُ بَعْدَهَافِي خَطِيئَةٍ، تَوْبَةً نَصُوحاً خَلَصَتْ مِنَ الشَّكِّ وَ

الِارْتِيَابِ،فَتَقَبَّلْهَا مِنَّا، وَ ارْضَعَنَّا، وَ ثَبِّتْنَا عَلَيْهَا

"Ey mənim Rəbbim! Iman əhlinə bayram və şadlıq, din əhli üçün ictima günü qərar verdiyin

Fitr günündə Sənin dərgahına tövbə edirik. Qəlbimizdəki pis fikirdən bird aha günaha qayıtmaq

fikri olmayanın tövbədən sonra heç bir xətaya yönəlməyən, şəkk-şübhədən pak və uzaq olan bir

kəsin tövbəsi kimi tövbə edirik, belə isə onu bizdən qəbul et! Bizdən razı qal! Bizi onda sabit

qədəm et!

Fitr bayramındakı diləklər:

اللَّهُمَّصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَ اجْبُرْ مُصِيبَتَنَابِشَهْرِنَا، وَ بَارِكْ لَنَافِي يَوْمِ عِيدِنَا وَفِطْرِنَا، وَ اجْعَلْهُ مِنْخَيْرِ يَوْمٍ مَرَّ عَلَيْنَاأَجْلَبِهِ لِعَفْوٍ، وَ

أَمْحَاهُلِذَنْبٍ، وَ اغْفِرْ لَنَامَا خَفِيَ مِنْ ذُنُوبِنَاوَ مَا عَلَنَ. اللَّهُمَّاسْلَخْنَا بِانْسِلَاخِ هَذَا الشَّهْرِ مِنْخَطَايَانَا، وَ أَخْرِجْنَا بِخُرُوجِهِمِنْ سَيِّئَاتِنَا، وَ

اجْعَلْنَامِنْ أَسْعَدِ أَهْلِهِ بِهِ، وَ أَجْزَلِهِمْقِسْماً فِيهِ، وَ أَوْفَرِهِمْحَظّاً مِنْهُ.

Ey mənim Rəbbim!... Ramazan ayında əldən verdiklərimizi geri qaytar! Bayram gün ümüzü və

fitrimizi bizim üçün mübarək et! Onu bizə keçən günlərin ən yaxşısı qərar ver, ən üstün əfvə,

səbəb olub ən böyük günahlarımızı məhv etsin, bizim aşkar və gizli günahlarımızı əfv et! Ey

mənim Rəbbim! Bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi

pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən , onda çox nəsibi olanlardan Səndən

daha çox fayda görənlərdən et!

Səhifeyi-Səccadiyyə-nin 46-cı duası o həzrətin Fitr bayramında (və cümə günü) oxuduğu

duadır. Bu duanı oxuduqda (və mənasına diqqət etdikdə) məlum olur ki, fitr bayramı İslam

dinində böyük əhəmiyyət kəsb edən günlərdən sayılır və duaların qəbul olması üçün ən əlverişli

gündür. Bu üzdən imam (ə.s) o günü (Fitr bayramını) qənimət sayıb həm dərin və uca mənalarla

dua edir həm də bizlərə bu gündə nə istəməyimizin məsləhət olduğunu öyrətmiş olur.

Bayram günü müsəlmanlar fitrə zəkatını verməklə, bayrama məxsus zikri (təkbiri) deməklə və

bayram namazını qılmaqla:- (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki,

Rəbbinin adını zikr edib namaz qılar! (əl-Əla surəsi: 14-15) öz itaətlərini tamamlamış olurlar:-

"...Orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər” deməklə)

təzim və şükür edəsiniz. (Bəqərə surəsi: 185)

 

İlahiyyatçı-yazar: Şəhliyar ƏLİYEV

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300