Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
APA xəbər verir ki, "Ekspressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəmə terminalı sındırılaraq içərisindən 13 min manat pul oğurlanıb.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.