Səfir Erkan Özoral: "Yaxınlarda Cocuq Mərcanlıda suvenir fabriki istismara veriləcək"
Cocuq Mərcanlıda yaxın vaxtlarda suvenir fabrikinin istismara verilməsi gözlənilir. Bunu ONA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfirin sözlərinə görə, fabrikin tikinti işləri yaxın iki
ay ərzində tamamlanacaq.
Qeyd edək ki, layihə Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) təşəbbüsü
ilə icra olunur. Hazırda TİKA tərəfindən həyata keçirilən işlər çərçivəsində kənddə
istixanalar və arıçılıq kompleksləri yaradılıb.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə səfirliyinin Cocuq
Mərcanlıda, birgə layihələrinin həyata keçirilməsi çərçivəsində hər biri 160
kvadratmetr olan 15 tunel tipli istixana quraşdırılmışdır. İstixanalar damcı
sulama sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə, pestisid və
bitki baxımına aid vasitələr və avadanlıqlar verilib.
Bununla yanaşı, kəndin 15 ailəsinə 10 arıçılıq təsərrüfatları və digər zəruri
avadanlıq və materiallar verilib