Rusiyada neçə siyasi məhbus var?

 

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən "Perseus Stategies” hüquq təşkilatı Rusiyada və onun işğalı altında olan Krım bölgəsində 236 siyasi məhbus qeydə aldığını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda Rusiya hakimiyyətinin müxalif siyasətçiləri və ictimai fəalları, dini, milli və seksual azlıq nümayəndələrini, Ukrayna vətəndaşlarını və bu ölkəyə rəğbət bəsləyən fəalları həbsə atdığı bildirilir.

"Perseus Stategies” siyasi motivlərlə 54, dini motivlərlə 182 nəfərin həbsdə olduğunu vurğulayır.

Hesabata əsasən, Rusiya ərazisində və Krımda 70-ə yaxın ukraynalı siyasətçi həbs cəzası çəkir.

Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini 2014-cü ildə işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki işğalçı rejim qurub. Bu separatçı rejimlər özlərini müstəqil dövlət sayır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300