Dünyanın ən böyük panorama çarxı Dubayda olacaq

 

Birləşmiş Ərəb Əmirliklərinin "Meraas” şirkəti bildirib ki, gələn il keçiriləcək beynəlxalq "Expo-2020” sərgisi ərəfəsində Dubayda dünyanın ən böyük panorama çarxı istifadəyə veriləcək. Onun hündürlüyü 250 metrdən çox olacaq. Yeni attraksion əvvəlki rekordçular - Las-Veqasdakı High Roller (167 metr) və Londondakı London Eye çarxlarını geridə qoyacaq.

"Meraas”ın məlumatına görə, çarxın son millərinin quraşdırılması uğurla başa çatıb. Lakin bir sıra tamamlama işləri davam edir. Ain Dubai adlanacaq bu çarxın statistikası da maraqlıdır: onun çənbərini saxlayan hər milin çəkisi 5 tondur. Milin içərisindəki məftil və kabellərin ümumi uzunluğu isə 2400 kilometrdir. Bu, Dubayla Qahirə arasında məsafəyə bərabərdir. Ain Dubai çarxının çənbərinin çəkisi 16 ədəd Airbus A380 təyyarəsi qədərdir. Konstruksiyanın saxlayan dayaqların uzunluğu 126 metrdir. Hər dayağın içərisində 15 ədəd London avtobusu yerləşdirmək olar. Attraksionun quraşdırılmasında 9 min ton poladdan istifadə olunub ki, bu da Eyfel qülləsində olduğundan 25 faiz çoxdur.

Panorama çarxı Bluewaters Island süni adasında yerləşir və buradan Dubaya və Ərəb körfəzinə gözəl mənzərə açılır. (AzərTAc)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300