Nazarbayev: Dağlıq Qarabağda gərginliyin...

 

Qazaxıstan ərazisində yaşayan etnik qrupların dillərinin öyrənilməsi vacibdir. Etnik münaqişələr güclü dövlətlərin dağılmasına gətirib çıxarır.

Axar.az xəbər verir ki, bu sözləri aprelin 29-da Qazaxıstan Xalqlar Assambleyasının XXVII sessiyasının iclasında çıxış edən ölkənin birinci Prezidenti Nursultan Nazarbayev deyib. Qazaxıstanın dünyada sülhməramlı dövlət kimi tanındığını bildirən N.Nazarbayev ölkənin bütün yaxın və uzaq qonşular arasında etibar qazandığını diqqətə çatdırıb. "Ölkəmiz Dağlıq Qarabağ, Pakistan-Hindistan, İran-Suriya, Rusiya-Türkiyə gərginliklərinin azaldılmasına yardım edib. Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, N.Nazarbayevin sədri olduğu XXVII sessiyanın "Sülh və həmrəylik formulu: sosial birlik və modernləşmə” mövzusunda keçirilən iclasında ölkənin bütün vilayətlərindən etnik mədəniyyət mərkəzlərinin 1500-dən çox nümayəndəsi iştirak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300