Bakıda "doktor" ləqəbli narkotacir saxlanılıb (FOTO)

 

Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, idarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsirdici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18 000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ifadəsində qeyd edib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb. Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan "doktor” ləqəbindən istifadə edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300