Aleksandr Lukaşenko: "ATƏT Dağlıq Qarabağ münaqişəsinə göz yummamalıdır"

 

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropadakı münaqişələrə göz yummamalıdır, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər".

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

"Həll ediləcək xeyli problemlər yğılıb qalıb - Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”, – Belarus Prezidenti deyib.

O, regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300