Vladimir Putin: "Kim Çen In açıq insan, maraqlı həmsöhbətdir"

 

KXDR lideri Kim Çen In açıq insandır, sərbəst müzakirələr aparır, maraqlı və zəngin həmsöhbətdir.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikirləri Şimali Koreya lideri ilə danışıqların nəticələrini şərh edərkən deyib.

"Kim Çen In yetərincə açıq insandır, gündəlikdə duran bütün məsələlər - həm ikitərəfli münasibətlər, həm sanksiya ilə bağlı vəziyyət, həm Birləşmiş Millətlər Təşkilatı, həm ABŞ-la münasibətlər və əsasən də Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı məsələlər üzrə müstəqil müzakirələr aparır”, - deyə Vladimir Putin jurnalistlərə bildirib.

Rusiya Prezidenti bütün bu məsələlərin müxtəlif cəhətləri barədə Kim Çen Inla ətraflı söhbət etdiyini vurğulayıb.

"Təsdiqləyə bilərəm ki, KXDR lideri kifayət qədər maraqlı, zəngin həmsöhbətdir”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Vladivostokda KXDR Dövlət Şurasının sədri Kim Çen Inla bağlı qapılar arxasında iki saata yaxın təkbətək danışıqlar aparıb. Sonra dövlət başçılarının görüşü geniş tərkibdə davam edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300