Acı şokoladın 9 möhtəşəm faydası

 

Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi məsləhət görürlər. Şokoladın tərkibində kakao və şəkər az olarsa, faydaları bir o qədər çox olar.

Acı şokolad yeməyin 6 müsbət təsirini təqdim edirik:

1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olanbir çox maddələrvar:

– 11 qram qida lifi

– Gündəlik ehtiyacımız olan dəmirin 67%-i

– Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i

– Gündəlik ehtiyacımız olan manqanın 98%-i

– Gündəlik ehtiyacımız olan misin 89%-i

– Həmçinin böyük miqdarda potassium, fosfor, sink və selenium.

Lakin gündəlik sadəcə 20-30 qram qara şokolad istehlak etmək məsləhət görülür.

2. Qara şokoladqan təzyiqinitənzimləyir.

Yüksək və aşağı qan təzyiqindən əziyyət çəkənlər üçün qara şokolad yemək məsləhət görülür.

3. Qara şokoladın tərkibindəki flavonol maddəsidərini günəşin zərərverici təsirindən müdafiə edir.

Belə ki, şokolad üz dərisində də qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır.

4. Şokoladbeyniişləməyə məcbur edir.

Onun tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır.

5. Acı şokoladın tərkibində yaşıl çayda və almada olandan daha çoxantioksidantvar.

Antioksidantlar sərbəst radikallarla mübarizə aparırlar. Bu hissəciklər xərçəngin, aterosklerozun, Altsheymer xəstəliyinin, diabetin, kataraktanın və bundan əlavə 50-ya yaxın təhlükəli xəstəliyin inkişafına səbəb olur.

6. Qara şokolad qadınlar üçün yaxşıafrodizyakhesab edilir.

İtaliya alimlərinin fikirlərinə görə, şokolad sevən qadınların seksual aktivliyi bu şirniyyatı sevməyənlərlə müqayisədə çox yüksək olur. Bunun səbəbi isə şokoladın tərkibində fenilalanin maddəsinin olmasıdır. Bu maddə endorfinin əmələ gəlməsini sürətləndirir.

7. Şokoladəhval-ruhiyyəniyaxşılaşdırır.

Kakao tozunun tərkibində stressi aradan qaldıran, əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə əhvala yaxşı təsir edir.

8.Ürək-damar xəstəlikləriilə mübarizə aparır

Alimlər 50-64 yaşlı 55 min insanı qiymətləndirərək müəyyən ediblər ki, gün ərzində 30 qr şokolad yeyən insanlar 30% daha az ürək-damar xəstəliyinə tutulur.

9. Şokoladlaöskürəyisağaltmaq mümkündür.

Alimlərin bildirdiklərinə görə, şokolad öskürəyi, hətta ən təsirli dərmanlardan belə yaxşı sağaldır.

www.yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300