İran KİV: General işdən çıxarılıb, lakin ABŞ səfirliyinə sığınmayıb

 

"Fars” agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Əli Nasiri tutduğu vəzifədən azad olunduqdan sonra ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib.

"Report”un həmin agentliyə istinadən verdiyi məlumata görə, o deyib ki, 36 ildir xidmət edir və belə yerdəyişmə halları çox olub. Keçmiş komandan vəzifəsini tərk etməsi ilə bağlı mərasimin aprelin 20-də keçirildiyini söyləyib.

***

İran İnqilab Keşikçiləri Qvardiyasının Əks-kəşfiyyat təşkilatının sabiq komandanı, keçmiş briqada generalı Əli Nasiri məxfi sənədləri götürərək ölkədən qaçıb.

"Report” "İran.ru”ya istinadən xəbər verir ki, bu barədə "İran Commentary” məlumat yayıb.

Bildirilib ki, qvradiya kəşfiyyat təşkilatının başçısı Hüseyn Taebi ilə Nasiri arasında aprelin 11-də görüş olub. Görüşdə mübahisə düşüb. Nasiri görüş yerini vaxtından qabaq tərk edib.

Bundan sonra Əli Nasiri iki gün işə çıxmayıb. Məlumata görə, növbəti araşdırmalar zamanı onun İrandan qaçdığı məlum olub. O, Hüseyn Taebinin yaxın adamı sayılırmış.

"Iran Commentary” bildirib ki, İnqilab Keşikçiləri Qvardiyasının araşdırması nəticəsində onun körfəz ölkələrindən birinə qaçdığı və orada ABŞ səfirliyindən sığınacaq aldığı məlum olub.

Ehtimal edilir ki, Nasiridə qvardiyanın yüksək vəzifəli və rütbəli şəxslərinin, kəşfiyyat təşkilatındakı əməkdaşların, əməliyyat taqımlarının ezamiyyətləri, xaricə səfərləri barədə irihəcmli sənədlər olub və onları özü ilə aparıb.

İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri briqada generalı Fətullah Camiri qvardiyanın Əks-kəşfiyyat təşkilatına komandan təyin edib.

Əks-kəşfiyyat təşkilatı uçuşların, dövlət məmurlarının özlərinin və fəaliyyətinin, eləcə də İrana səfər edən yüksək vəzifəli xarici qonaqların təhlükəsizliyini təmin edir. Bu qurum 1985-ci ildə yaradılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300