Gürcüstanda zəlzələ olub
Gürcüstanda 4,6 maqnituda gücündə zəlzələ baş verib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb. Zəlzələnin episentri Dedoplistskaro şəhəri yaxınlığında, Zemo Kedi kəndində 5 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumatlar daxil olmayıb.