Rusiyanın tanınmış aktyoru vəfat edib
Rusiyanın tanınmış aktyoru Aleksey Buldakov vəfat edib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Kino Aktyorları Gildiyasının Mətbuat xidməti bildirib.
Qeyd olunub ki, 68 yaşlı A.Buldakov "Milli ovun xüsusiyyətləri” filmində oynadığı baş rolla məşhurlaşıb.