ALLAH İNTİQAM ALACAQ!

 

Allahın adı ilə! "...Biz, şübhəsiz ki, günahkarlardan intiqam alacağıq!”(1)

 

إِنَّامِنَ الْمُجْرِمينَ مُنْتَقِمُون

 

Qurani-Kərimdə olduqca maraqlı və fərqinə varılası mövzulardan biri də Allah-Taalanın intiqam almasıdır. İlk baxışda Allahın intiqam almasını dünyadakı intiqam alanlarla müqayisə etmek olar. Lakin dünyadakı intiqamların hansı səbəblərdən həyata keçdiyini nəzərə alsaq bəzi qismini Allah-Taalaya mənsub etməyin mümkünsüz olduğunu görərik. Öncə intiqamların səbəbini araşdıraq, sonra hansını Allaha mənsub etmək olduğunu və hansının mənsub etmək olmadığını biləcəyik. Dinyada bir qisim intiqamlar aramlıq, təsəlli və təskinlik üçündür. Məsələn: Məzlumun zalımdan aldığı intiqam məzlumun rahat olması üçündür. Allahın intiqamını belə mənalandırmaq olmaz. Çünki, heç kəs Allaha zülm edə bilməz.

Dünyada olan bəzi intiqamlar ictimai asayişin qorunması, nizam-intizama riayət etmək üçün həyata keçirilir. Məhkəmə zalında hakım cinayətkarın hökmünü verir. Bu hökm hakimin təsəlli tapması üçün deyil. Bu intiqam ictimai ədalətin bərqərar olması və asayişin qorunması üçündür.

"Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz". (2)

 

وَ لَكُمْ فِي‏ الْقِصاصِ‏حَياةٌ يا أُولِي الْأَلْبابِلَعَلَّكُمْ تَتَّقُون

 

Öldürülən şəxsin qohumları qisas alarsa bu onların təskinlik tapmaqları üçündür. Amma hakimin verdiyi hökm onun aramlıq tapması üçün deyil, insanların cəmiyyətdə düzgün formalaşması üçündür. Qiyamət günü bu qism intiqamın da yeri yoxdur. Çünki, Qiyamət günü nizam-intizam günüdür. O gün heç kəs heç kəsə zülm edə bilməz və yaxud heç kəs heç kəsi öldürə bilməz. "Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz.” (3)

Dünyadakı intiqmlardan bir qismini də həkimlər alır. Həkim xəstəyə deyir: (məsələn) "bu meyvəni yemə çünki, bu meyvəni yeyərkən ləzzətli olmasına baxmayaraq, sonralar sənin üçün azabverici olacaq. Mədədə yara olduğundan həkim belə məsləhət bilir. Amma xəstə həkimin sözünə qulaq asmayıb o meyvəni yeyir və bir müddət sonra mədəsi şiddətlə ağrımağa başlayır. Həkimin xəstədən aldığı intiqam həkimin aramlığı yaxud nizam-intizamın bərqərar olması üçün deyil. Bu intiqam təbii intiqamdır. Yəni fılan qida xəstə üçün zərərlidirsə xəstə pəhriz etməlidir. Əks təqdirdə bədənində yaranan ağrılara dözməlidir.

Öz xeyir-zərərini bilməyən azyaşlı üşağın valideyni ona oda əl vurmağa icazə vermir. Çünki, uşaq hələ odun nə olduğunu bilmir. Ilanın nə olduğunu və öldürücü zəhərə malik olduğunu bilmir. Xoş bir mənzərə görərkən əlini ona tərəf uzadan uşağı valideynləri qoruyur. Uşaq valideynini dinləməyib əlini oda vurarsa elə əlini vurduğu an əli yanır. Əlini ilana vurduğu vaxtda ilan onu sancır və öldürücü zəhərini uşağın bədəninə köçürür. Belə deyil ki, uşaq əlini oda vurduqdan bir müddət sonra əli yansın. Yaxud əlini ilana vurduqdan bir müddət sonra o ilan zəhərə çevrilsin! Uşaq əlini zəhərə vurmuşdur! Bununla da həkimin misalı ilə fərqlənir. Həkim deyirdi ki, bu meyvəni yemə. Əgər yesən bir müddət sonra səndə müəyyən ağrılar yaranacaq. Amma uşaq əlini ilana vurarsa və ilan onu çalarsa deməli uşaq əlini zəhərə vurmuşdur! Allahın intiqamını belə mənalandırmaq daha dolğun olar.

Həzrət Əli (ə) Salmana ünvanladığı məktubda dünyanı ilan kimi tanıtdırmışdır: (4)

 

قَالَعلی (ع) لِسَلْمَانَ الْفَارِسِيِّإِنَّ مَثَلَ الدُّنْيَا مَثَلُالْحَيَّةِ لَيِّنٌ مَسُّهَا قَاتِلٌ‏سَمُّهَا …

 

Dünya ilan kimidir. Sonradan zəhər olmayacaq. Hal-hazırda dünya zəhərdir və dünyaya əl uzadan zəhərə əl uzadmışdır. Allah günahkarlardan intiqam alacaq. Çünki, günah həm od-alovdur həm də insan təbiəti üçün ziyanlıdır. Dörd qisim intiqam alma səbəbini izah etdik. Araşdırmalardan məlum oldu ki, Allahın intiqamı birinci və ikinci mənada ola bilməz. Amma üçüncü və dördüncü mənada olması mümkündür. Dördüncü məna (oda əl uzadmaq) üçüncü mənadan daha dəqiqdir.

 

Əlavələr:

1-"Səcdə” surəsi, 22-ci ayə.

2- "Bəqərə” surəsi, 179-cu ayə.

3- "Ğafir” surəsi, 17-ci ayə.

4- "Nəhcul-bəlağə” 68-ci məktub.


İlahiyyatçı yazar: Şəhriyar ƏLİYEV


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300