Daha bir demokrat senator prezidentlik yarışına qoşuldu

 

ABŞ-ın Demokrat partiyasının üzvü,Nyu-York ştatından senator Kirsten Cillibrand 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Fransanın AFP agentliyinin məlumatına əsasən, Kirsten Cillibrand mediada günlərdir bununla bağlı dərc olunan yazıları və proqnozları təsdiqləyib.

"Cəsarətlilər qalib gəlirmi? İndi və ya həmişə yox. Cəsur insanlar digərlərini bir-birinə qarşı qızışdırmaz. Cürətli kəs pulu insan həyatından üstün tutmaz. Cəsarətli adam nifrət aşılamaz. Həqiqəti təhrif etməz. Divar tikməz. Bu ancaq qorxaqların əməlidir”,-deyə xanım Cillibirand bəyan edərək Donald Trampa meydan oxuyub.

Kirten Cillibrand 1966-cı ildə Nyu-York ştatının paytaxtı Olbani şəhərində dünyaya gəlib. 2008-ci ildə prezident Barak Obama ştatın senatoru Hillari Klintonu dövlət katibi təyin etdiyinə görə qubernator Devid Patterson Senatdakı boşalan yeri Kirsten Cillibrandla əvəzləyib.

Lakin amerikalı senator sonradan, 2010, 2012 və 2018-ci illərdəki seçkilərdə respublikaçı rəqiblərinə seçki yolu ilə qalib gəlməyi bacarıb.

Kirsten Cillibrand Demmokrat partiyasının mühafizəkar qanadına yaxın hesab olunur.

Onun 2016-cı ildə partiya daxilində Hilliari Klintonun prezidentliyinə qarşı çıxdığı da bilinməkdədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300