Maykl Ceksonun "Neverland” rançosu 31 milyon dollara satışa çıxarılıb

 

Amerikalı müğənni Maykl Ceksonun "Neverland” rançosu 31 milyon dollara satışa çıxarılıb.

AZƏRTAC "The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, 2015-ci ildə rançoya 100 milyon dollar, 2017-ci ildə isə 67 milyon dollar qiymət qoyulmuşdu. İndi isə malikanə ilkin qiymətindən demək olar ki, üç dəfə ucuz satılır.

Malikanə Santa-Barbara şəhərindən (Kaliforniya ştatı) 64 kilometr məsafədə yerləşir. Üç qonaq evi, kinoteatr, tennis kortu, hovuz və bir neçə yardımçı bina da daxil olmaqla, rançonun tikililərinin sahəsi 1,2 min kvadratmetrdən çoxdur.

Maykl Cekson rançonu 1987-ci ildə 19,5 milyon dollara almışdı və 15 ildən artıq burada yaşamışdı.

Məşhur amerikalı müğənni, bəstəkar, prodüser və rəqqas Maykl Cekson 13 "Grammy” mükafatı laureatı, həmçinin bir neçə fəxri mükafatın sahibidir. Bütün dünyada onun səs yazılarının 1 milyarddan çox nüsxəsi satılıb. "Forbes” jurnalının məlumatına əsasən, Maykl Cekson mədəni irsi ölümündən sonra da gəlir gətirən tanınmış insanların reytinqinə başçılıq edir. Müğənni 2009-cu ildə 50 yaşında vəfat edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300