Dərbəndin başçısı azyaşlı süpürgəçi oğlana ev bağışladı

 

Dərbənddə qeyri-adi Yeni il əhvalatı baş verib. Çoxuşaqlı Həşimovlar ailəsinə şəhər rəhbərliyi tərəfindən mənzil hədiyyə edilib.

BakuPost xəbər verir ki, 9 yaşlı Əmir Həşimov ağır vəziyyətdə yaşayan ailəsinə kömək etmək üçün hər səhər məktəbə getməzdən əvvəl şəhərin küçələrini süpürür.

Əmirin anası Nahidə Həşimova da süpürgəçidir və beş uşağını təkbaşına böyüdür. Əmir onun sonbeşiyidir. Ailənin öz evi yoxdur və buna görə də, şəraitsiz kirayə evdə yaşamağa məcburdur. Süpürgəçi maaşı ilə yaxşı ev tutmaq mümkün deyil.

"Evdə isti su və vanna yoxdur, buna görə də, uşaqları tasın içində çimdirirəm. Ev qızınmadığı üçün tez-tez xəstələnirlər. Böyük oğlum ağır xəstədir, pulun çox hissəsi dərmanlara gedir. Ən böyük arzumuz öz evimizin olmasıdır”, - Nahidə Həşimova jurnalistlərə deyib.

Əmir böyüyəndə hərbi həkim olmaq arzusundadır. Lakin özünün etiraf etdiyinə görə, ən böyük istəyi böyüyən kimi yaxşı maaşı olan iş tapmaq və anasına şəraitli ev almaqdır. Bu reportaj şəhər rəhbərliyinin diqqətini cəlb edib.

Dərbəndin meri Xizri Abakarov 9 yaşlı Əmirlə görüşüb və bildirib ki, onu özünün ictimai köməkçisi təyin edir.

Bu gün isə Dərbənddən daha bir xoş xəbər gəlib. Şəhər rəhbərliyindən verilən məlumata görə, X.Abakarovun göstərişi ilə Həşimovlar ailəsinə yeni mənzil hədiyyə edilib. Bu hədiyyə büdcə vəsaiti hesabına edilməyib, pulunu adı çəkilməyən xeyriyyəçi ödəyəcək.

"Pul ayrılıb, Həşimovlar özlərinə uyğun mənzil seçirlər və Yeni ilə qədər bütün sənədləşmələr bitəcək, onlar 2019-cu ili yeni mənzillərində qarşılayacaqlar”, - şəhər rəhbərliyindən bildirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300