Məşhur teleaparıcı Zaur Baxşəliyev məhkəməyə verilib.

Uluyol.info aznews.az-a istinadən bildirir ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov aparıcıya qarşı mənəvi təzminat iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məlumata görə, K.Həşimovun onu məhkəməyə verməsinə səbəb Z.Baxşəliyevin aparıcısı olduğu verilişlərdən birində aldadılmasıdır. Belə ki, həmin layihədə iştirak edən K.Həşimov sonda mənzil qazanıb. Z.Baxşəliyev açarı ona təqdim etsə də, sonradan mənzilin verilməsindən imtina edilib. Belə olduğu halda K.Həşimov məhkəməyə üz tutub.

Aparıcı Z.Baxşəliyevin köməkçisi Faiq Ələkbərli AzNews.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: "Bizim bundan xəbərimiz yoxdur. Siz bizə məhkəməyə verilən iddia ərizəsini təqdim edin, sonra münasibət bildirək".

Yasamal Rayon Məhkəməsi isə faktı təsdiqləyib. Hakim Rafael Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, iddiaçı Həşimov Kamran İbiş oğlu Zaur Baxşəliyevdən pul tələb edir: "Bu proses məndə idi. Amma həmin iş araşdırılıb baxılması üçün ATV kanalının nümayəndəsinin öz vəsatəti ilə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib. Yaşlı kişidir, haradasa 80 yaşı olar. Aldadıldığını iddia edir və Zaur Baxşəliyevdən pul tələb edir".

Məlumat üçün bildirək ki, analoji hadisə ATV kanalında 2013-cü ildə də baş vermişdi. Belə ki, kanalda nümayiş olunan və qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən "Şərq ulduzu" yarışında mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarışda 14 yaşlı Ayla Şiriyeva qalib gəlmişdi. Lakin söz verilən mənzil iştirakçıya verilməmişdi.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300