Hindistanda bəbir uşağı evdən oğurlayıb parçaladı

 

Hindistanda bəbir üç yaşlı uşağı oğurlayaraq, meşədə parçalayıb.

Oxu.Az xəbər verir ki, bu haqda "Daily Mail” məlumat yayıb.

İnsident ölkənin şimalında yerləşən Cammu-Kaşmiş ştatında baş verib. Yırtıcı evlərdən birinin mətbəxinə daxil olaraq Vasim Akram adlı uşağı özü ilə meşəyə aparıb.

Azyaşlının başdan ayrılmış bədəni bir müddət sonra ağacların arasında aşkarlanıb.

Yerli sakinlər uşağın yırtıcının ilk qurbanı olmadığını hesab edir. Son iki ay ərzində həmin rayonda bəbir daha iki sakini parçalayıb. Qurbanlardan biri səkkiz yaşlı uşaq olub. Qatil bəbirin zərərsizləşdirilməsinə xüsusi dəstə ayrılıb. Ovçulardan biri bəbiri gördüyünü, lakin hələ onu tuta bilmədiyini söyləyib.

Bundan bir neçə gün əvvəl Hindistanın başqa bir bölgəsində bəbir ibadət edən rahibi parçalamışdı.

Rəsmi statistikaya görə, Hindistan meşələrində 12-14 min bəbir məskunlaşıb. Təkcə 2017-ci il ərzində 431 yırtıcı öldürülüb (başlıca olaraq brakonyerlər tərəfindən). Zooloqlar bəbirlərin aqressivləşməsini insanların meşələri qıraraq onların məskənində yeni qəsəbələr salması ilə əlaqələndirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300