Suyumuza bulaşan mikroblar -onlardan necə qorunaq...

 

Dünya əhalisinin 20 faizi təhlükəli içməli sulardan istifadə edir

Bu günlərdə xarici saytlardan birində belə bir xəbər yayılmışdı ki, əl-üzünü yuyan qadın suyun tərkibindəki mikroblara görə ciddi şəkildə xəstələnib. Mədə-bağırsaq iltihabına məruz qalan qadın uzun müddət xəstəxanada müalicə olunub. Bəli, təmizliyimizin, həyatımızın mənbəyi olan su eyni zamanda bizə problem, xəstəlik də bəxş edə bilər. "Yeni Müsavat” bu məqamda qarşılaşdığımız məqamlar, problemli detallarla bağlı gəzişmə edib.

Hansı su daha faydalıdır?

Hər gün kifayət qədər içilən su bizi ürək-damar, böyrək, oynaqlar, allergik və s. xəstəliklərdən qoruyur. Lazımi miqdarda qəbul etdikdə su orqanizmimizi şlaklar, zəhərlər, toksinlərdən, mikroblar və s-dan. təmizləyir ki, nəticədə bu immun sistemimizi möhkəmləndirir. Mayelərin qəbulunun əsas hissəsi günün birinci yarısında olmalıdır. Digər orqanlar kimi, bizim sidik ifrazı sistemimiz də gecə ərzində "dincəlməlidir”. Bundan əlavə, əgər siz axşam vaxtı çoxlu maye içsəniz, səhər üzünüz şişkin və yorğun görünəcək.

Hansı su daha xeyirlidir? Plastik butulkalarda satılan su krandan gələn su ilə müqayisədə daha təmiz və ziyansızdır. Lakin belə su tanınmış istehsalçılar tərəfindən buraxılmış olmalıdır. Suyun iyinə və dadına da fikir verin. Su şəffaf olmalıdır. Əgər butulkanın dibində çöküntü varsa, belə suyu almayın.

Müalicəvi suları adi sular kimi qəbul etmək olmaz. Bu suları yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Əks halda (xüsusən belə sular uzun müddət qəbul etdikdə), bu, sizin səhhətinizə mənfi təsir edə bilər.

Qazlı sular insanın həzm sistemi üçün xeyirli sayılmır. Belə sular gəyirmə və qıcqırmaya səbəb olur, mədə xəstəliklərinin kəskinləşməsi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır, qidalı maddələrin mənimsənilməsinə mane olur və s.

 

Bizim su üç mərhələdə təmizlənir

Ötən ilin dekabrında açıqlandı ki, Bakı şəhərinin əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu” ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub.

Azərbaycanda içməli su üç mərhələdə təmizlənir. Əvvəlcə su xlor vasitəsilə zərərsizləşdirilir. Sonra kimyəvi reagentlər vasitəsilə duruldulur. Daha sonra duruldulan su qum filtrlərinə buraxılır.

Britaniyanı Kolumbiya Universitetindən alimlər bakteriyaları istifadə edərək, çirkli suları içilə biləcək suya çevirən bir sistem hazırlayıb. Bu sistem lif membran rezervuarları ilə çirkli hissəcikləri (çirk, orqanik hissələr, bakteriya və viruslar) tutur və suyu təmizləyir. Sonra faydalı bakteriyalardan ibarət olan bir biofilm ikinci qoruyucu mərhələ olaraq dövrəyə girərək, uyğun bir şəkildə işləyir və qalan çirkli maddələri parçalayır. UBC-də inşaat mühəndisliyindən layihə rəhbəri Pyer Berub bu barədə belə danışıb: "Membran əməliyyatı sayəsində çirkli hissəciklərin 99,99%-ini təmizləyərək, suyu içiləbiləcək hala gətirə bilirik”.

suda mikroplar ile ilgili görsel sonucu

 

Bu araşdırma Kanada-Hindistan təşkilatı IC-IMPACTS tərəfindən rəsmi olaraq dəstəklənir. Membranla su təmizləmə yeni bir kəşf olmasa da, qrupun etdiyi dəyişiklər sistemi olduqca məhsuldar hala gətirir. "Sistemimiz cazibənin köməyi ilə, çirkli hissəcikləri ayıraraq yuxarı qaldırır, əks halda, toplanaraq membranı tuta bilər. Bu olduqca az güc tələb edən və məhsuldar bir sistemdir. Normal sistemlər davamlı olaraq kimyəvi maddələr və kompleks mexaniki sistemlər ilə membranları təmiz saxlamağa çalışır. Lakin yeni araşdırmada bakteriya biofilmi bu tutulan çirkli hissəcikləri yeyərək istehlak edir. Yalnız hər 24 saatda bir neçə klapan açılır, ya da bağlanır, beləcə, suyu qaldırır və cazibə qazandıraraq, sisteminin işləməsi təmin edilir. Yəni zaman və puldan əhəmiyyətli miqdarda qazanc təmin edərək sistemin ömürünü uzadırıq”, - deyə Berub bildirib. Lakin əsl hədəf, təmiz içmə suyunun çətin əldə edildiyi mərkəzlərdə bənzər sistemlər qurmaqdır. Bu sistem sayəsində daha az xərclə çirkli su təmizlənərək şəhərlərə verilə bilər.

Ä°lgili resim

 

Su vasitəsilə yoluxan infeksiyalar ölüm səbəbidir - ikinci yerdə...

Su vasitəsilə yoluxan infeksiyalar dünyadakı bütün ölüm səbəbləri arasında ikinci sırada yer alır. Təkcə ABŞ-dakı ishal xəstələrinin tibbi müayinəsinə sərf edilən illik məbləğ 6 milyard dollar olaraq, hesablanıb. Suların dezinfeksiyası və saflaşdırılması, insanların sağlamlıq və gigiyena mövzularında maarifləndirilməsi su ilə yoluxan infeksiyaların azalmasına gətirib çıxarır.

Dünya əhalisinin təxminən 20 faizi təhlükəli içməli sulardan istifadə edir. İldə 200 milyona yaxın insan su ilə bağlı xəstəliklərə yoluxur və 2 milyondan çox insan kirli sulardan qaynaqlanan xəstəliklər səbəbi ilə həyatını itirir.

İnkişaf etməkdə olan ölkələrdə tullantı sularının yalnız 5 faizi saflaşdırılır. Sənaye və ev tullantılarının ətraf mühitə zərər verməsi, axar sulara və yeraltı su qaynaqlarına nəzarətsiz olaraq, qarışması da ayrı bir problemdir. BBC-nin araşdırmasına görə, ABŞ-da 500 yetkin insan arasında aparılan sorğuda 69% suyun dərəcəsinin əlin təmizlənməsində rolu olduğuna inandığını deyib.

Düzdür, isti bakteriyaları məhv edir (buna görə də bəzi qidaları qaynadıb yeyirik), lakin, bunun üçün əlinizi qaynar su ilə yumalısınız. Məsələn, salmonella 55 dərəcə istidə 10 dəqiqə yaşaya bilir. Əgər əlinizi 30 saniyədən artıq 55 dərəcə isti suda saxlasanız yanar.

Əlimizdə 4.4 və 55 dərəcə selsi arası isti su ilə yuduqdan sonra nə qədər mikrob qaldığını müəyyənləşdirmək üçün floridalı tədqiqatçılar əlcək-şirə üsulundan istifadə ediblər. Könüllülər əllərini bakteriya dolu şorba və ya çiy çəkilmiş ətə bulaşdırıblar. Sonra isə əllərini müəyyən dərəcəli su ilə yuyublar və lateks əlcəklər geyiniblər. Həmin əlcəklərin içinə xüsusi maye tökülüb. Bir dəqiqə masaj etdikdən sonra həmin maye pipet vasitəsilə sovrularaq laboratoriyaya göndərilib. Aşkar olunub ki, suyun soyuq, ilıq və ya isti olması əldə qalan bakteriyaların sayında heç bir böyük fərq yaratmır.

Vestminster Universiteti tərəfindən aparılan bir tədqiqatda güclü əl fenlərinin virusu otaq boyunca 1.5 metr hərəkət etdirdiyi üzə çıxıb. Daha sonrakı bir tədqiqat isə virusun üç dəfə daha artıq məsafədə yayıldığını deyib. Bənzəri tədqiqatların əksəriyyəti adətən, dəsmal satışından pul qazanan dəsmal sənayesi tərəfindən maliyyələşdirilir. Buna baxmayaraq, müəlliflər müzakirələrə açıqdırlar və məqalələr də sanballı jurnallarda dərc olunur.

Ä°lgili resim

 

Növbəti addım isə əsl ictimai tualetlərdə aparılmalıdır, nəinki laboratoriyada. Həmçinin, insanların seçimləri də nəzərə alınmalıdır. İnsanların əllərini qurutması uğrunda atılan istənilən uğurlu üsul təqdirəlayiqdir.

Su qaynadılıbsa, 12 saatdan çox saxlanıla bilməz

Su qəbulu ilə bağlı olan bəzi həkim tövsiyələrini sizə təqdim edirik:

- Həkimlərin fikrincə, ən yaxşı seçim dükanlarda plastik (və ya şüşə) butulkalarda satılan içməli sudur (mineral sulardan söhbət getmir).

- Krant suyu mütləq qaynadılmalıdır.

- Bulaq suyunu da mütləq qaynatmaq lazımdır. El arasında bulaq suyu çox faydalı, hətta müalicəvi sayılır. Lakin belə suda mikroblar və ziyanlı maddələr ola bilər.

- Qaynanmış suyu 12 saatdan çox saxlamaq olmaz.

- Plastik butulkada olan suyu qazın yanında və günün altında saxlamaq olmaz. Butulka qızdıqda suya ziyanlı maddələr buraxır.

- Mineral suların qəbuluna diqqət yetirmək lazımdır. Butulkanın üzərində olan yazıları oxuyun. 1 l suda 5 qr-dan artıq mineral maddə varsa, belə suyu yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Əks halda, bu, böyrəklərdə daşların əmələ gəlməsinə və digər pozulmalara gətirib çıxarda bilər.

suda mikroplar ile ilgili görsel sonucu

 

Suyu bu standartlarla yoxlayırlar...

"Azərsu” ASC-nin web-saytında əhaliyə verilən suyun keyfiyyəti ilə bağlı standartlar bölümündə qeyd olunur: "Azərbaycanda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. Həmin standarta müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir. Hazırda mənbələrdən götürülən sular ”İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. Gələcəkdə "Azərsu” ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlar üzrə içməli suyun 50-dən artıq, Avropa İttifaqı standartları üzrə isə 75-dən çox parametri təyin edilir".

ASC-nin saytının keyfiyyətə nəzarət bölümündə yazılır ki, "Abşeron yarımadasına verilən içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə çatdırılana qədər müxtəlif mərhələlərdə periodik nəzarət olunur. İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan laborator analizlərlə başlanır. İçməli su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Bakı şəhəri və Abşeron yarımadası üzrə 2000-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri) götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir. Su nümunələrinin analizlərinin nəticələri qeyri-məqbul hesab edildikdə ”Azərsu" ASC-nin müvafiq şöbəsinə məlumat verilir və içməli suyun verilməsi dayandırılır. İçməli suyun keyfiyyətinə xələl gətirəcək səbəblər aradan qaldırılır. Yenidən dezinfeksiya və təmizlənmə işləri aparıldıqdan sonra içməli suyun bir daha analizi aparılır. Yalnız analizlərin nəticələri müsbət olduğu halda içməli suyun şəbəkəyə verilməsi bərpa olunur".

Rəsmi açıqlamalar və statistika budur. Hansına nə qədər inanaq... bunu hər kəs öz meyarı ilə müəyyənləşdirir. Amma bu gün Azərbaycan əhalisi içməli suyu pulla alırsa, demək ki, bizə verilən sudan şübhəmiz böyükdür.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300