İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Qonşu ölkələrlə idxal rüsumlarını ləğv etmək üçün məsləhətləşmələr aparmaq, ixracı sadələşdirmək, əlavə dəyər vergisini ləğv etmək, önəmli layihələrə yatırım etmək yerli istehsala dəstəyin həll yollarıdır.

 

Trend-in məlumatına görə, bunu İranın Polad İstehsalçıları Assosiasiyasının rəyasət heyətinin üzvü Rza Şəhristani deyib.

Onun sözlərinə görə, İraq və Əfqanıstan İrandan polad idxalına 90 dollarlıq rüsum təyin edib. Bunun səbəbi sanksiyalar və yerli istehsalçılar arasında mənfi rəqabətin formalaşmasıdır:

 

"Sanksiyalar şəraitində İran öz məhsullarını bütün ölkələrə ixrac edə bilməz. Digər tərəfdən yerli şirkətlər arasında satış üzrə mənfi rəqabət ixracatçıların məhsulların qiymətini azaltmalarına gətirib çıxarıb".

 

R.Şəhristani bildirib ki, qonşu ölkələrlə idxal rüsumlarını ləğv etmək üçün məsləhətləşmələr aparılmalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300