Fransada etirazlar nəqliyyatın hərəkətini iflic edib –stansiyalar bu gün də bağlanacaq

 

Fransada etirazlar səbəbindən nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Trend-in məlumatına görə, bu gün planlaşdırılan "sarı jilet" adlı kütləvi etiraz aksiyaları səbəbindən Parisin mərkəzi hissəsində təqribən 40 metro stansiyası, həmçinin RER şəhərətrafı elektrik qatarları sisteminin 8 stansiyası bağlı olacaq.

Paris Nəqliyyat İdarəsi yerüstü nəqliyyatın 54-cü xəttində, eləcə də Şarl de Qoll və Orli hava limanlarında xüsusi ekspreslərin hərəkətində ciddi pozuntuların gözlənildiyini bildirib.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jilet" hərəkatı noyabrın 17-də başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300