Əfqanıstanda dəfn mərasiminə hücum - 4 ölü, 9 yaralı
Əfqanıstanın şimalındakı Bəlx əyalətində dəfn mərasiminə silahlı hücum olunub.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 4 nəfər həlak olub. Daha 9 nəfərin isə yaralandığı bildirilir.
Qeyd olunur ki, hücumun hədəfi dəfn mərasimində iştirak edən üsyançıların komandiri olub. Onun xəsarət alıb-almadığı barədə məlumat verilmir.