Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı

Tanınmış rəssam Aydan Salahova atası, SSRİ xalq rəssamı Tahir Salahovun oğurlanmış əsərini lombardda tapıb.

 

Uluyol.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Aydan Salahova "Facebook” hesabında məlumat verib.Onun sözlərinə görə, əsərləri Salahovun keçmiş şəxsi asistenti və yaxın dostu Mayk Xoukmen oğurlayıb.

 

"Yaxın dostundan əsərləri satmaq adı ilə götürüb. İki il və daha çox müddətində həmin rəsmi və ya onun pulunu necə qaytarmamaq olar?! Sonra isə onu dəyər-dəyməzinə satıb. Bəzilərini isə dəyərindən aşağı qiymətə lombarda təqdim edib”, - Salahova bildirib.

 

O əlavə edib ki, Xoukmen nəinki onu, eyni zamanda, digər məşhur rəssamları aldadıb. Xoukmendən pulları gözləməkdən yorulan Salahova və həmkarları hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Polisdə Xoukmen əsərləri verdiyi lombardın ünvanını açıqlayıb. Tapılan əsərlər arasında Tahir Salahovun "Palmalar – Tormolinos. İspaniya” və "Gecə palmaları – Benalmaden-Kosta” əsərləri də olub.

 

Qeyd edək ki, bu, Xoukmenin ilk dələduzluğu deyil. 2015-ci ildə rusiyalı rəssam Vladimir Burakovskinin "Neokonçennıy pasyans” əsərini satmaq adı ilə rəssamın nəvəsi Mariyadan alıb və geri qaytarmayıb. O, əsəri itirdiyini bildirib.

 

Bundan sonra Mariya Burakovskaya məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə Xoukmen üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və 500 min rubl (12 min 800 AZN) məbləğində cərimə ödəməli olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300